Qabığı da faydalı olan narıngidən gündə neçə dənə yemək olar? - Həkim tövsiyəsi

Qabığı da faydalı olan narıngidən gündə neçə dənə yemək olar? - Həkim tövsiyəsiNarıngilər təkcə dadlı qış meyvələri deyil, həm də bir çox faydalı maddələrin mənbəyidir. Bununla belə, onu da ehtiyatla istehlak etmək lazımdır.
Milli.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı tibb elmləri doktoru Aleksey Bereznikov xəbərdarlıq edib.
Həkim ilk növbədə, bu meyvənin faydaları barədə məlumat verib, bildirib ki, narıngilər immun sistemini gücləndirən "C" vitamini, həmçinin göz, sinir sistemi və dəri sağlamlığı üçün vacib olan "A", "B6" və "E" vitaminləri ilə zəngindir.
"Narıngilərdə olan antioksidantlar hüceyrələri zədələnmədən qoruyur və yaşlanmanı yavaşladır. Bundan əlavə, onlar həzm və ürək üçün faydalı olan lif, kalium və maqnezium tərkiblidir. Narıngilərin aşağı kalorili olması onları arıqlama pəhrizinə daxil etməyə imkan verir. Narıngilərin tərkibində iltihabı azaldan və qan dövranını yaxşılaşdıran limonene və hesperidin fitonutrientləri var", - deyə o izah edib.
Mütəxəssis bu meyvələrin qabığının da bir sıra faydalı xüsusiyyətlərə malik olduğunu vurğulayıb.
"O, sinir sisteminə sakitləşdirici təsir göstərən və əhval-ruhiyyəni yaxşılaşdıran efir yağları tərkiblidir. Narınginin qabığını çaya əlavə etmək, yaxud üz və bədən skrabı kimi ev kosmetik vasitələrinin hazırlanmasında istifadə etmək olar".
Bununla belə, o, hər bir məhsulda olduğu kimi bu meyvədə də həddi aşmamağa çağırıb.
"Yetkin insan üçün gündəlik narıngi miqdarı maksimum 4-5 ədəddir, baxmayaraq ki, bu rəqəm fərdi dözümlülükdən asılı olaraq dəyişə bilər. Meyvələrin həddindən artıq yeyilməsi mədə selikli qişasının qıcıqlanması, qarın köpü, ishal və hətta allergik reaksiyalar kimi xoşagəlməz nəticələrə səbəb ola bilər", - deyə həkim vurğulayıb.
Mütəxəssis qeyd edib ki, sitrus meyvələrinə allergiyası, mədə problemləri, xora, qastrit və ya pankreatit kimi xəstəlikləri olanlar xüsusilə ehtiyatlı olmalıdırlar, çünki narıngilər sağlamlıq vəziyyətini pisləşdirə bilər. (oxu.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1378   Tarix: 23 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

aksessuarlar həkim məsləhəti makiyaj instagram otaq dizayni uze qulluq maskalari geyim kombinləri gecəliklər kosmetika qızlıq pərdəsi novruza aid hakışta laylalar gozde olar yemek reseptleri