Qadın sünnəti - Milyonlarla qadına edilən İŞGƏNCƏ

Qadın sünnəti - Milyonlarla qadına edilən İŞGƏNCƏBirləşmiş Millətlər Təşkilatın əsasən (BMT), hazırda dünyada sünnət edilməyə məruz qalan (ingiliscə, Female Genital Mutilation - FGM) 200 milyon qız və qadın yaşayır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu hala əsasən, Afrika və Yaxın Şərqdə yerləşən 30 ölkədə rast gəlinsə də, bəzi Asiya və Latın Amerikası ölkələrində də qarşılaşmaq mümkündür. BMT-nin məlumatına əsasən, artıq Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan miqrantlar arasında da qadın sünnəti yayılıb.
Qadın sünnəti və ya ingilis dilindən qısaldılmış şəkildə FGM qadının cinsi orqanının xaricdən kəsilməsi və ya tamamilə götürülməsi ilə müşayiət olunur.
Qadın sünnəti - Milyonlarla qadına edilən İŞGƏNCƏAdətən böyük cinsiyyət dodaqlarının (labia) və klitorisin kəsilməsi ilə baş tutur və Dünya Sağlamlıq Təşkilatı onu "tibbi əsas olmadan qadın cinsi orqanlarına zədə törədən proses kimi" təsvir edir.
FGM-in dörd növü var:
-Klitoridektomiya. Həssas klitoris və ətrafındakı dərinin tamamilə və ya qismən kəsilməsi.
-Eksizisiya. Klitorisin tam və ya qismən kəsilməsi ilə yanaşı, kiçik labia və ya vaginanı örtən daxili dəri qatlarının da kəsilməsi.
-İnfibulyasiya. Kiçik labia və vaginanı örtən xarici dəri qatlarından ibarət böyük labianın kəsilməsi və yerinin dəyişdirilməsi. Bu zaman xırda dəlik buraxılaraq tikilmə prosesi də baş tutur. Bu təcrübə təkcə kəskin ağrılı və əziyyətli deyil, həm də davamlı infeksiya riski daşıyır: vagina və sidik kanalının üzəri bağlanır və aybaşı mayesinin və sidiyin bədəndən rahat çıxması üçün yer daralır.
Hətta, bəzən boşluq o qədər dar olur ki, cinsi münasibət və ya doğuş üçün dəliyi kəsərək böyütmək lazım gəlir. Təbii ki, doğuş zamanı bu, həm ana, həm də körpə üçün təhlükə törədir.
-Buraya klitoris və ya cinsi orqanın iynələnməsi, pirsinqi, çərtilməsi, qaşınması və dağlanması kimi qalan digər zərərli proseslər daxildir.
Qadın sünnəti - Milyonlarla qadına edilən İŞGƏNCƏNə üçün edilir?
Qadın sünnəti barəsində tez-tez göstərilən səbəblərə sosial normalar, din, gigiyenanı yanlış anlama, qız və ya qadının bakirəliyinin qorunması, qadını "evlənməyə yararlı" etmə və kişinin seksual həzzini artırmaq daxildir. Bəzi mədəniyyətlərdə FGM yetkinliyə keçmək və evlənmək üçün ilkin şərt hesab olunur.
Baxmayaraq ki, sünnətin heç bir gigiyenik üstünlüyü və sağlamlıq üçün xeyri yoxdur, bunu tətbiq edən cəmiyyətlər qadının vaginasının kəsilməsini zəruri hesab edirlər və sünnət edilməyən qadınları qeyri-sağlam, natəmiz və qiymətsiz kimi dəyərənlədirirlər.
Qadın sünnəti - Milyonlarla qadına edilən İŞGƏNCƏProses adətən qızların icazəsi olmadan aparılır və dünyada sağlamlıq üzrə mütəxəssislər onu qadınlara və insan haqlarına qarşı zorakılıq hesab edirlər. Bu hal uşaqlara qarşı baş verdikdə, uşaq istismarı kimi qeydə alınır.
Unicef-in Afrika və Yaxın Şərqdə yerləşən 29 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, bu ölkələrdən 24-də FGM-ə qarşı qanunvericilik və ya qərarlar forması olmasına baxmayaraq, təcrübədən hələ də geniş şəkildə istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2316   Tarix: 06 noyabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 geyim necə seçməli aksessuarlar karolın ve gızlı dunya ızle qış salatları konservləşdirilmiş məhsullar dirnaq ucun maskalar kosmetika novruz hakısdası toyuq salati dieta cinsi elaqe ariqlamaq