"Qadın zənn etmişdim, kişi olduğunu görəndə..." - Azərbaycanlı transı öldürən qatil - VİDEO
İstanbulda hoteldə meyiti tapılan Azərbaycan əsilli, Roman adlı transseksualın qatili yaxalanıb.
Onun qatilinin İran əsilli Aşkan Kazemi olduğu bəlli olub.
Aşkan Kazemi Romanı öldürdükdən sonra mindiyi taksinin şoferini yaralayıb. Daha sonra onu soyaraq Bursaya gedib, orada bir qadın şoferə qarşı eyni əməli təkrarlamaq istəyərkən ələ keçib.
Qatilin kimliyi hotel kameraları vasitəsi ilə müəyyənləşdirilib.
O, polis idarəsinə "əvvəlcə qadın zənn etdim, transseksual olduğunu gördüm, dalaşdıq və öldürdüm" deyib.
Hadisənin təfərrüatını araşdıran polis onun 8 Martda Tarlabaşı Altın Bakkal küçəsində, üçmərtəbəli hotelin otağında Romanı öldürüldüyünü müəyyən edib.
Romanın boğaz nahiyəsində kəsiklər olduğu, bıçaqlandığı, daha sonra boğulduğu bəlli olub.
"İstiqlal küçəsində gəzərkən rastlaşdım, 200 lirəyə razılaşdıq. Hotelə gəldik. Qadın zənn etmişdim, kişi olduğunu görəndə getməsini istədim. Ancaq o pul istədi, dalaşdıq, öldürdüm", – İran əsilli qatil bildirib.
Faktla bağlı cinayət işi açılıb.
mənbə: oxu.az
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz