"Qadının kök və piyli olması faydalıdır" - Professor
Türkiyəli həkim, professor Oytun Erbaş maraqlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az lent.az-a istinadən bildirir ki, doktor dərialtı piylərin sağlamlığa xidmət etdiyini bildirib.
"Dərialtı piylər beyninizi, ürəyinizi sağlam saxlayar. Alzheimer xəstəliyindən və yaşlanmaqdan qoruyur. Amma göbək ətrafı piylər istisna edilir. Göbək ətrafı piylər damar sərtliyinə, sonda da ürək xəstəliklərinin yaranmasına səbəb olur"- doktor qeyd edib.
"Qadınlar dərialtı piy pis şeymiş kimi yağları ləğv etdirir, əməliyyata girirlər. Bilməlidirlər ki, bu əməliyyatdan sonra beynin funksiyası pozulur. Bu, qadınlarda yumurtalıqların fəaliyyətini dayandırır və bütün metobolizmin işini pozur. Piy orqanizmdə kök hücrə vəzifəsini görür.
Çox arıq qızlar evlənəndən sonra uşaq salır, sürətlə yaşlanır, tez çökür, müxtəlif beyin xəstəliklərinə məruz qalırlar.
Qadının dərisinin altında nə qədər çox piy varsa, o qədər xoşbəxtdir. Piy endokrin orqan kimidir, kök qadınların daha şən olduğu elm tərəfindən isbat edilib",- o vurğulayıb.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi