Qadınlar diqqətli olsunlar! – Bu əlamətlər varsa

Qadınlar diqqətli olsunlar! – Bu əlamətlər varsaUşaqlıq boynu törəmələri son vaxtlar aktual problemə çevrilib.
Hazırda uşaqlıq boynu şişləri və şişönü vəziyyətlərin inkişafında insanın papilloma virusunun bir neçə növünün patogenitik rolu sübut olunub.
Onlar, epitelial şişi olan pasientlərin əksəriyyətində aşkarlanır.
Digər şəraityaradıcı və potensial onkopatogen faktorlara isə - cinsi yolla keçən xəstəliklər, hətta pasientdə infeksiyanın əlamətləri aydın olmasa belə; fəsadlı doğuşlar, tibbi abortlar və invaziv müyinələr zamanı uşaqlıq boynunun zədələnməsi; hiperestrogeniyanın üstünlüyü ilə gedən dishormonal pozğunluqlar; uşaqlıq yolunun disbiozu, tez-tez aparılan gigiyenik sprinsevasiya, yaş dəyişiklikləri fonunda yaranan xroniki və residivləşən vaginit və servisitlərin olması; birincili və ikincili immunodefisit vəziyyətlər; siqaretçəkmə; artıq radiasion yük - məsələn, şüa terapiyası və ya peşə zərərləri; toksiki və potensial kanserogen birləşmələrlə requlyar kontakt və.s aiddir.
Uşaqlıq boynu şişinin ən ehtimal olunan simptomlarını belə sadalamaq mümkündür:
- Uşaqlıq yolunun dibində və ya qarnın aşağısında cinsi əlaqə zamanı diskomfort və ya ağrı hissi;
- Daimi olmayan atsiklik qanlı ifrazat, hansı ki, şişin səthinin zədələnməsi;
- Qarnın aşağısında, düz bağırsaqda, omada daimi xarakterli ağrılar;
- İrinli və ya sarı rəngli şəffaf vaginal ifrazat;
- Xarici cinsiyyət orqanlarının ödemi, varikozu və aşağı ətrafların asimmetrik limfostazı.
Şiş sidik kisəsinə və ya düz bağırsağa sirayət edərsə, bu orqanların funksiyalarının pozulması əlamətləri yarana bilər. Həmçinin düz bağırsaq və sidik kisəsi fistulaları da formalaşa bilər. Uşaqlıq boynunun hətta ən böyük xoşxassəli şişləri, belə simptomlar vermir, bu invaziv xərçəngin əlamətidir.
Kiçik ölçülü şişlərdə simptomların azlığı və ya heç olmaması onlara dəqiq diaqnoz qoymağa imkan vermir. Uşaqlıq boynu törəmələrində proqnoz onların tipindən, xarakterindən və inkişaf sürətindən, şişin tam xaric olunma imkanından asılıdır. Mezenximal şişlər nadir halda bədləşir və proqnostik cəhətdən qənaətbəxş hesab olunur. Sadə papillomalar və servikal poliplər də əksər hallarda həyat üçün təhlükə törətmir. Amma şişönü və fon vəziyyətlərinin inkişafı ilə nticələnən insanın papilloma virusunun onkopatogen tipləri ilə yoluxma, xüsusi diqqət və dinamik müşahidə tələb edir.
Profilaktik tədbirlərə gəldikdə isə, bunlara əsasən daxildir:
- Cinsi həyatın gigiyenası, təhlükəsiz seks və cinsi yolla keçən xəstəliklərin vaxtında və tam müalicəsi;
- Siqaretdən imtina;
- Requlyar olaraq ginekoloqun qəbulunda olmaq;
- Qız uşaqlarının papillomavirus infeksiyasına vaksinasiyası;
- İPV (insanın papilloma virusu) əlaməti aşkarlandıqda virusoloji müayinə.
Qeyd edək ki, uşaqlıq boynu törəmələri erkən aşkarlandıqda və vaxtında tam müalicə olunduqda, onların hamısı müalicəyə tabe olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1139   Tarix: 18 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yaz geyimleri 2026 makiyaj etmek qaydalari geyim şəkilləri sepsis xesteliyi 2026 geyim duxovkada toyuq qizartmasi çanta ayaqqabı kosmetika irem derici haxisdalar fitat qaynana hakista baldıza aid hakışta