Qadınların can rahatlığı - Uşaqlıqdaxili spiral nədir? - Təsiri, fəsadı, müddəti

Qadınların can rahatlığı - Uşaqlıqdaxili spiral nədir? - Təsiri, fəsadı, müddətiUşaqlıqdaxili spiral son illər ən çox icra olunan ginekoloji prosedurdur.
Arzuolunmaz hamiləlikdən qorunma və ya kontrasepsiya, qadına sağlamlığını qorumağa kömək edir:
abortların sayını azaldır;
hamiləliyi planlaşdırmağa və ona hazırlaşmağa kömək edir;
əksər hallarda əlavə müalicəvi effekti var.
Kontrasepiyanın bir növü də - uşaqlıqdaxilidir. O, ən çox Çində, Rusiya Federasiyasında və Skandinaviya ölkələrində tətbiq edilir. Gündəlik danışıqda "uşaqlıqdaxili spiral" kimi işlədilir.
Uşaqlıqdaxili kontrasepsiyanın üstünlükləri:
nisbətən ucuzdur;
uzun müddət istifadə edilə bilər;
spiralı çıxartdıqdan sonra reproduktiv funksiya tez bərpa olur;
südvermə zamanı və digər xəstəliklərdə tətbiq edilmə imkanı;
endometriuma müalicəvi təsiri (hormonal vasitəli spiral) var;
cinsi aktın fiziologiyasının saxlanılması, hazırlığın olmaması, yaxınlıq zamanı tam hissiyyat.
Uşaqlıqdaxili spiralların növləri
Uşaqlıqdaxili kontraseptiv vasitələrin iki növü olur: inert; dərmanlı.
İnert uşaqlıqdaxili kontraseptivlər və ya vasitələr (UDK və ya UDV) müxtəlif formalı plastik vasitələr olub, uşaqlıq boşluğuna yeridilir. Onları 1989-cu ildən istifadə etməyi Ümumdünya Səhiyyə Təşkilatı effektsizliyini və həyat üçün təhlükəsini nəzərə alaraq məsləhət bilmir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, müasir dövrdə yalnız tərkibində metal (mis, gümüş, qızıl) və ya hormonlar olan spirallar istifadə edilir. Onların uşaqlığın daxili quruluşuna oxşar plastik əsası olur. Metal və ya hormonal vasitələrin əlavə edilməsi spiralların effektivliyini artırmağa və əlavə təsirlərini azaltmağa imkan verir.
Uşaqlıqdaxili spiralların növləri
Azərbaycanda ən çox aşağıdakı spirallar populyardı:
Nova-T - T hərfi şəkilli 200 мм2 sahəsi mislə örtülü, 5 ilə nəzərdə tutulub;
mis, gümüş və ya qızıl tərkibli digər sadə spirallar, 5 ilə nəzərdə tutulur;
hormonal uşaqlıqdaxili "Mirena" sistemi - uşaqlıq boşluğuna tədricən ifraz olunan levonorgestrel tərkibli, müalicəvi təsiri var, 5 ilə nəzərdə tutulub.
Nadir hallarda medroksiprogestron və ya noretisteron ifraz edən spirallar istifadə edilir.
Uşaqlıqdaxili spirallardan hansı yaxşıdır?
Bu suala yalnız xəstə ilə fərdi konsultasiyadan sonra onun yaşını, sağlamlıq vəziyyətini, ginekoloji xəstəliklərinin olmasını, gələcəkdə hamiləlik planlaşdırmasını nəzərə alaraq cavab vermək olar.
Təsir mexanizmi
Uşaqlıqdaxili spiralların təsir prinsipi spermatozoidlərin məhvinə və embrionun uşaqlıq divarına birləşməsi prosesinin pozulmasına əsaslanıb. Əksər spiralların tərkibinə daxil olan misin, spermatotoksik təsiri var, yəni uşaqlığa düşmüş spermatozoidləri məhv edir. Bundan başqa, o, spermatozoidlərin xüsusi hüceyrələr - makrofaqlar tərəfindən tutulub məhv edilməsini stimullaşdırır.
Uşaqlıqdaxili spiralın təsir nexanizmi
Əgər mayalanma yenə də baş vermişsə, kontraseptivin abortiv təsiri başlayır, hansı ki, mayalanmış yumurtahüceyrənin implantasiyasına maneə yaradır:
uşaqlıq borusunun yığılması güclənir, bu zaman mayalanmış yumurtahüceyrə uşaqlığa vaxtından qabaq düşür və ölür;
uşaqlıq boşluğundakı yad cisim aseptik (qeyri-infeksion) iltihaba və mübadilə pozğunluğuna gətirib çıxarır;
yad cismə cavab olaraq prostaqlandinlərin sintez olunması nəticəsində uşaqlıq divarlarının yığılması aktivləşir;
uşaqlıqdaxili hormonal sistemlərin istifadəsi zamanı endometriumun atrofiyası baş verir.
Uşaqlıqdaxili "Mirena" sistemi xüsusi rezervuardan sutkada 20 mkg levonorgestrel ifraz edir. Bu maddənin gestagen effekti var, endometrium hüceyrələrinin requlyar proliferasiyasını zəiflədir və onun atrofiyasına səbəb olur. Nəticədə aybaşı azalır və ya tamam itir. Bu zaman ovulyasiya pozulmur, hormonal fon dəyişmir.
Əgər uşaqlıqdaxili spiral varsa, hamilə qalmaq olarmı?
Uşaqlıqdaxili kontrasepsiyanın effektivliyi 98%-ə çatır. Mis tərkibli spiralların istifadəsi zamanı hamiləlik il ərzində hər yüz qadından 1-2-sində baş verir. "Mirena" sisteminin effektivliyi bir neçə dəfə yuxarıdır, hamiləlik il ərzində hər min qadınan yalnız 2-5-ində baş verir.
Uşaqlıqdaxili spiral necə qoyulur
Spiralı qoymazdan öncə, hamiləliyin olmamasına əmin olmaq lazımdır. Proseduru menstrual siklin fazasından asılı olmayaraq etmək olar, amma yaxşı olardı ki, siklin 4-8-ci günləri qoyulsun. Mütləq ginekoloji yaxma götürülür, həmçinin uşaqlığın ölçülərini təyin etmək üçün ultrasəs müayinəsi aparılır.
Prosedur ambulator şəraitdə və adətən anesteziyasız aparılır. O, praktik olaraq ağrısız manipulyasiyadır. İlk günlər uşaqlığın yığılması ilə əlaqədar, qarnın aşağısında göynədici ağrılar narahat edə bilər. İlk və sonrakı 2-3 menstruasiya ağrılı ola bilər. Bu zaman spiralın özbaşına qovulması da baş verə bilər.
Süni abortdan sonra spiral adətən manipulyasiya vaxtı, doğuşdan sonra isə - 2-3 ay keçdikdən sonra qoyulur.
Keysəriyyə əməliyyatından sonra infeksion fəsadların qarşısını almaq üçün, UDV yarım ildən sonra qoyulur. Spiraldan südvermə zamanı istifadə etmək olar, hansı ki, onun böyük üstünlüyüdür.
UDV yeridildikdən sonra bir həftə ərzində aşağıdakılar qadağan edilir:
intensiv fiziki gərginliklər;
isti vannalar;
işlədici vasitələrin qəbulu;
cinsi həyat.
Növbəti baxış 7-10 gündən sonra, əgər fəsadlar olmazsa, yenidən 3 aydan sonraya təyin olunur. Qadın hər aybaşıdan sonra spiralın ipini uşaqlıq yolunda yoxlamalıdır. Əgər heç bir şikayət yoxdursa, ginekoloqun qəbulundan yarım ildə bir dəfə keçmək kifayətdir.
Uşaqlıqdaxili spiralın çıxarılması
UDV-in çıxarılması pasientin arzusu ilə, fəsadlar əmələ gəldikdə və ya istifadə müddəti bitdikdə aparılır. Sonuncu halda köhnə çıxarılan kimi, yenisi qoyulur. UDV-nı çıxartmaq üçün əvvəlcə USM edilib yeri dəqiqləşdirilir. Sonra spiralın ipindən dartılaraq çıxarılır. Əgər iplər qoparsa uşaqlıq daxilində qalmış vasitə histeroskopla çıxarılır.
Uşaqlıqdaxili spiralın əlavə təsirləri:
qarnın aşağısında ağrı;
cinsiyyət orqanlarının infeksiyası;
uşaqlıq qanaxmaları.
Bu simptomlar bütün qadınlarda olmur.
Daimi intensiv ağrılar, spiral uşaqlığın ölçüsünə düz gəlmədikdə yaranır. Bu zaman o dəyişdirilir.
Qəflətən baş verən kəskin ağrılar uşaqlığın perforasiyasının əlaməti ola bilər. Bu fəsadın başvermə hallarının sayı 0,5% təşkil edir. Natamam perforasiya tez-tez bilinməmiş qalır və spiralı bir neçə dəfə çıxartmaq mümkün olmadıqda diaqnoz qoyulur. Tam perforasiya zamanı, pasientdə yalnız kliniki əlamətlər olarsa təcili laparoskopiya və ya laparotomiya aparılır, qalan hallarda müşahidə aparılır.
Cinsiyyət üzvlərinin infeksiyası
İnfeksion-iltihabi fəsadların (endometrit və digərləri) başvermə hallarının sayı 0,5-4% təşkil edir. Onlar ağır keçir, qarnın aşağısında güclü ağrılar, qızdırma, cinsiyyət yollarından irinli ifrazatla müşayiət olunur. Belə proseslər uşaqlıq və artımların toxumalarının iltihabi zədələnməsilə ağırlaşır. Onların profilaktikası üçün, spiral yeridildikdən sonra bir neçə gün geniş təsir spektrli antibiotiklər təyin olunur.
Əgər spiralın istifadəsi dövründə hamiləlik baş vermişsə, hadisələr 2 istiqamətdə inkişaf edə bilər:
Hamiləliyin süni pozulması və spiralın çıxarılması, çünki bu zaman embrionun infeksiyalaşma riski yuxarıdır və adətən spontan abortla nəticələnir.
Hamiləliyin saxlanılması, bu zaman spiral uşağa zərər vermir və doğuş zamanı döl qişaları ilə birgə xaric olur. Bu zaman hamiləliyin ağırlaşma riski artır.
Reproduktiv funksiya uşaqlıqdaxili spiral çıxarılan kimi bərpa olur və qadınların 90%-ində birinci il ərzində hamiləlik baş tutur.
Tətbiqinə göstəriş
Kontrasepsiyanın bu növü hələ doğmamış qadınlarda sonsuzluq kimi ciddi fəsad verə bilər. Onlarda uşaqlıqdaxili spiral yalnız digər üsullardan istifadə etmək mümkün olmadıqda tətbiq edilə bilər. Belə pasientlər üçün mis tərkibli mini-spirallar, məsələn, "Flauer Cuprum" nəzərdə tutulub.
Qısa müddətə UDV-nin qoyulması mənasızdır, ona görə də, qadın yaxın dövrlərdə hamiləlik planlaşdırmamalıdır.
UDV cinsi yolla keçən xəstəliklərdən qorumur. Hesab edilir ki, onlar əksinə, yoluxma riskini artırır və xəstəliyin gedişini pisləşdirir.
UDV əsasən aşağıdakı hallarda istifadə edilir:
yüksək fertillik, aktiv cinsi həyat fonunda tez-tez hamiləlik;
müvəqqəti və ya daimi əsasda uşaq istəməmək;
hamiləliyin əksgöstəriş olduğu, ekstragenital xəstəliklər;
qadında və ya onun partnyorunda ağır genetik xəstəliklər.
Uşaqlıqdaxili spirala əksgöstərişlər
Mütləq əksgöstərişlər:
hamiləlik;
endometrit, adneksit, kolpit və kiçik çanaq orqanlarının digər iltihabi xəstəlikləri, əsas da kəskin və ya tez-tez kəskinləşən xroniki formaları;
uşaqlıq boynunun və cisminin xərçəngi;
əvvəllər keçirilmiş uşaqlıqdankənar hamiləlik.
Nisbi əksgöstərişlər:
uşaqlıq qanaxmaları, eyni zamanda çoxlu menstruasiya;
endometriumun hiperplaziyası;
ağrılı menstruasiyalar;
uşaqlığın anadangəlmə və ya qazanılma deformasiyaları;
qan xəstəlikləri;
uşaqlığın submukoz mioması;
daxili orqanların ağır iltihabi xəstəlikləri;
əvvəllər qoyulmuş UDV-nin öz-özünə düşməsi;
spiralın komponentlərinə (mis, levonorgestrel) allergiya;
əvvəllər doğuşun olmaması.
Sadalanan hallarda uşaqlıqdaxili hormonal sistemin təyin olunması məqsədyönlüdür. Onun tətbiqi uşaqlıq miomasında, endometriumun patologiyalarında, çoxlu qanaxmalarda, ağrılı menstruasiyalarda göstərişdir. Buna görə də lazımi spiralı, ginekoloq pasientə baxdıqdan və hərtərəfli müayinə etdikdən sonra seçmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1777   Tarix: 04 iyun 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

qadin sayti qis geyimləri 2026 geyim və ayaqqabılar geyim şəkilləri islamda hicab qarağatın faydaları saç həkimi kosmetika salatlar opusme novruz bayramina aid vətənə aid bayatı nizami gencevi