Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva açıqlayıb.
Onun sözlərinə görə, açıq havada gəzinti hamiləlik zamanı ən sadə, təhlükəsiz və faydalı fəaliyyət növlərindən biridir:
"Gündəlik 30-45 dəqiqəlik templi gəzinti toxumaların oksigenlə təmin olunmasını yaxşılaşdırır, həzm sisteminin fəaliyyətini tənzimləyir və qan dövranına müsbət təsir göstərir. Hamilə qadınlar üçün üzgüçülük, xüsusi gimnastika, hamilə yoqası və pilates uyğun idman növləri hesab olunur. Bu fəaliyyətlər əzələləri gücləndirir, onurğaya düşən yükü azaldır və doğuşa hazırlıq prosesinə kömək edir. Lakin qarın nahiyəsinə zərbə riski yaradan kontakt idman növləri, at sürmə və kəskin tullanmalar tövsiyə edilmir".
R.İsayeva bildirib ki, oturaq həyat tərzi isə hamiləlik zamanı müəyyən riskləri artıra bilər:
"Hamiləlik dövründə qan laxtalanma sistemi fizioloji olaraq daha aktiv vəziyyətə keçir. Uzun müddət hərəkətsiz qalmaq aşağı ətraflarda qan durğunluğuna, varikoz genişlənməsinə və tromboemboliya riskinin yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə, kifayət qədər hərəkət etməyən qadınlarda həddindən artıq çəki artımı, hestasion diabet və doğuş fəaliyyətinin zəifləməsi daha çox müşahidə olunur. Sağlam gələcək ana bətnində formalaşır. Qadının hamiləlik dövründə qidalanmasına, fiziki aktivliyinə və gündəlik rejiminə göstərdiyi diqqət dünyaya gələcək körpənin sağlam inkişafı üçün ən mühüm amillərdən biridir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
 

Xəbərlər     Baxılıb: 794   Tarix: 16 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim şəkilləri kosmetik vasiteler həkim məsləhəti kombinler 2026 yay saca xina qoymaq qaydasi toy qabağı kompot kosmetika sevgi şirin qoğal cinsi elaqe sağlıq porno