Qadınotu - Ərkudə möcüzəsi - Həkimdən məsləhət

Qadınotu - Ərkudə möcüzəsi - Həkimdən məsləhətƏrküdə, qadınotu və ya İbrahimağacı kimi tanınan kol bitkisi Bakımızın hər tərəfində dekorativ məqsədlə əkilir. Müalicə məqsədi ilə onun toxumlarından istifadə olunur. Ərküdə dəmləməsi kişilərdə cinsi istəyi azaldır, qadınlara isə əksinə təsir edir. Ərküdə həqiqətən qadın otudur, desək yanılmarıq.
Qadın xəstəliklərinin demək olar ki, hamısında istifadə olunur. Aybaşı pozulması, follikulun yetişməməsi, prolaktin fermentinin artması zamanı çayın qəbulu aybaşını normallaşdırır, follikulun yetişmə və partlamasını təmin edir, yüksəlmiş prolaktin səviyyəsini aşağı salır. Qeyd edim ki, prolaktin yüksələndə qadınlarda güclü başağrıları, süd vəzilərindən süd gəlməsi və uşaqsalma kimi hallar olur.
Həkim fitoterapevt Füzuli Hüseynov Ərküdə toxumundan istifadə qaydalarını açıqlayıb:
"vəzdə əmələ gələn şişləri və kistaları əritmək üçün 3-5 ay müddətində ərküdə çayı qəbul olunur. Ərküdə çayı klimakterik dövrün başlamasını ləngidir və əlamətlərini zəiflədir. Süd vəzilərində əmələ gələn düyünlərin və kistaların, həmçinin uşaqlıqda olan kistaların əridilməsi üçün effektli bir vasitədir.
Mastopatiyası olan xəstələrin gün ərzində 3-4 dəfə ərküdə çayı içməsi məsləhətdir. Ərküdə progesteron hormonunun istehsalını artırır, bununla da qadın sonsuzluğunun qarşısını alır. Ərküdə beyində dofamin sintezini artırdığından həmin maddənin istehsalının azalması səbəbindən baş verən Parkinson xəstəliyinin müalicəsində uğurla istifadə olunur.
Ümumiyyətlə, saydığım problemlər olmasa belə, hər bir qadın ayda 1 həftə ərküdə çayı içsə özünü sağlam hiss edər, adı gedən xəstəliklərə də tutulmaz. Ərküdə çayının qəbulu gələcəkdə cinsi orqanların xərçənginə tutulma ehtimalını azaldır.
Ərküdə toxumlarından bir çay qaşığı bir stəkan suda 10 dəqiqə dəmlənilməli və gündə üç dəfə yeməkdən yarım saat əvvəl içilməlidir. Yaxşı olar ki, toxumlar dəmlənilməzdən əvvəl həvəngdəstədə əzilsin. Ərküdə çayını aybaşı müddətində və hamiləlik zamanı içmək olmaz".
Milli.Az

Xəbərlər     Baxılıb: 1752   Tarix: 09 sentyabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

yaz geyimleri 2026 yay kolleksiyasi makiyaj etmek qaydalari reyhan kampotu biznes qurmagin yollari toy ideyalari qatiqli sirniyyat kosmetika seksler novruz bayrami hakisda baldiza aid novruz bayrami novruza aid hakışta