Qan azlığı olanlar yesin: Dəmirlə zəngin 13 qida – SİYAHI

Qan azlığı olanlar yesin: Dəmirlə zəngin 13 qida – SİYAHIÜmumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünya əhalisinin 30 faizində dəmir çatışmazlığı ola bilər. Dəmir qan tərkibinin ən vacib maddələrindən biridir. Hemoqlobinin yaranmasında iştirak edən dəmir qırmızı qan hüceyrələrinin tərkib hissəsidir. Orqanizmdə dəmir çatışmazlığı olduqda qanda hemoqlobinin səviyyəsi aşağı düşür və toxumalar oksigenlə lazımınca təmin oluna bilmir. Həmçinin dəmir immuniteti gücləndirir, metabolik proseslərdə iştirak edir, fiziki və əqli işin məhsuldarlığını artırır, yorğunluğu aradan qaldırır, orqanizmi enerji ilə təmin edir. Mütəxəssislərin fikrincə, gün ərzində kişilər 10 mq, qadınlar 20 mq, hamilələr 30-35 mq, uşaqlar 4-18 mq dəmir qəbul etməlidirlər. Bu ehtiyacı ödəmək üçün də tərkibində dəmir çox olan qidalarla qidalanmaq lazımdır. Bəs bu qidalar hansılardır? E-tibb.az dəmirlə zəngin qidaların siyahısını təqdim edir.

İspanaq

Bir porsiya ispanağın tərkibində 6,43 mq dəmir var. Hər gün bir boşqab ispanaq yedikdə qanda dəmirin səviyyəsi yüksələr.

Cirə

Dəmirlə zəngin ədviyyatlardan biri cirədir. Tərkibində 2,79 mq dəmir var.

Cəfəri

Çiy olaraq və yeməklərə qatılaraq yeyilən bu faydalı göyərtinin tərkibində 1,88 mq dəmir var.

Zərdəçal (sarıkök)

Min bir dərdin dərmanı sayılan zərdəçalın bir xüsusiyyəti də dəmirlə zəngin olmasıdır. Belə ki, 1 qaşıq sarıkök 1,82 mq dəmir deməkdir.

Çuğundur yarpağı

Çuğundurun özü qədər, yarpağı da şəfa mənbəyidir. Bu qidadan bir pors yeməklə orqanizm 2,74 mq dəmirlə təmin olunar.

Qulançar

sağlamlığa olduqca faydalı olan qulançar immuniteti artırmaq xüsusiyyətinə malikdir. Qulançarın bir porsu 1,64 mq dəmir ehtiva edir.

Acı bibər

Bir acı bibərin tərkibində təxminən 0,93 mq dəmir var.

Soya lobyası

Sağlıq və şəfa mənbəyi sayılan soya lobyası dəmirlə olduqca zəngindir. Tərkibindəki dəmirin miqdarı təxminən 8,84 mq sayılır.

Mərcimək

Mərcimək şəfa və enerji mənbəyi adlanan paxlalılardan biridir. Tərkibində dəmir yüksək miqdardadır. Belə ki, bir pors mərciməyin tərkibində orta hesabla 6.59 mq dəmir var.

Zeytun

Əsasən də yaşıl zeytun dəmirlə daha zəngindir – 4,44 mq.

Balqabaq toxumu

Olduqca faydalı qida olan balqabaq toxumu 2,84 mq dəmir ehtiva edir. Çərəz kimi də yeyə bilərsiniz.

Brüssel kələmi

Pəhriz saxladığınız zaman kökəltməyən və enerji verən qida axtarırsınızsa, brüssel kələmi sizə tam uyğundur. Tərkibindəki dəmir sayəsində sağlam şəkildə çəkinizi azaldacaq, eyni zamanda enerji ehtiyacınızı qarşılayacaq.

Yaşıl noxud

Bir pors yaşıl noxudun tərkibində 2, 24 mq dəmir var.

Sağlamlıq     Baxılıb: 2399   Tarix: 03 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

geyim və ayaqqabılar geyim necə seçməli yemek reseptleri salatlarin hazirlanmasi bezedilmesi yuxa tortu kakao tərbiyə kosmetika xanim az ariqlamaq xanım az sanama itburnu