Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər".
Bu sözləri Modern.az-a psixoloq- seksoloq Ləman Telmanqızı deyib.
O bildirib ki, cinsi istəksizliyi 3 fərqli tipə bölürük:
"Birinci cinsi ikrah: Yeniyetməlik dövründə başlayan ilk cinsi ikrahda insanın heç bir cinsi fəaliyyətə marağı və istəyi olmur.
İkincilə cinsi müqavimət: bu, insanın əvvəllər cinsi əlaqədə olması, lakin sonradan aktivliyini itirməsi ilə izah olunur. Daha sonra yaranan bu vəziyyət adətən neqativ hallardan sonra müşahidə olunur.
Üçüncü situasiyalı cinsi istəksizlik: bu, insanın zaman-zaman cinsi istəyini itirdiyi bir vəziyyətdir. Adətən yorğun və gərgin günlər, maliyyə problemləri və əhval dəyişikliyi səbəb olur".
Ləman Telmanqızı qeyd edib ki, istəksizlik halında cinsi əlaqənin tezliyi ayda bir dəfəyə qədər azalır:
"İstəksizlik cinsi əlaqə zamanı alınan həzzi də azalda bilər. İnsan yorğunluq, zəiflik və depressiya hissləri yaşayır. Kişilərdə və qadınlarda cinsi istəksizliyin əlamətlərini aşağıdakı kimi sadalamaq olar:
cinsi əlaqənin tezliyi ayda bir dəfə və ya daha azdır, cinsi əlaqə zamanı soyuqluq hissi, seksuallığı düşünməmək və ya cinsi istək yaşamamaq, bu istəyi hiss etməmək və ya nadir hallarda yaşamaq, ereksiya problemləri və ya qısa boşalma müddəti, dərman qəbul etmədən cinsi əlaqənin mümkünsüzlüyü...
Cinsi istəkəksiz kişilərə və qadınlara yalnız orqanik amillər deyil, həm də psixoloji və sosial amillər təsir göstərir.
Ümumiyyətlə, cinsi istəksizliyin səbəblərini aşağıdakı kimi sadalayırıq:
kifayət qədər vaxt yoxdur, münasibətlərdə və evlilikdə problemlər, həddindən artıq stress, kişi hormonlarının çatışmazlığı, hormonal problemlər, antidepresan tipli dərmanlar, ürək-damar xəstəlikləri və diabet kimi xəstəliklər, həddindən artıq içki və siqaretdən istifadə kimi pis həyat vərdişləri, qəzəbli, narahat və ya depressiv əhval-ruhiyyə, məsələn, cinsi yolla keçən xəstəliyə yoluxmaq və ya hamilə qalmaq qorxusu...
Əgər cinsi istək zəifləyibsə qadınlar ginekoloqa, kişilər androloqa müraciət edərək medikamentoz müalicə almalıdır. Bununla yanaşı, onlar paralel olaraq psixoloq - seksoloqa müraciət etməlidirlər. Cinsi istəksizliyin əsas səbəbi həm də psixoloji amillərdir!".
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 5719   Tarix: 20 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

reseptler kosmetoloq geyim dəbləri hikmətli hekayələr elaci sizanaqlara qarsi maskalar sobada kotlet kosmetika damla intim munasibetler aydin sani tərəzi bürcü novruza aid hakista