Qan dövranını yaxşılaşdırmanın bir neçə üsulu. Ürəyinə dəstək ol!

Qan dövranını yaxşılaşdırmanın bir neçə üsulu. Ürəyinə dəstək ol!Qan dövranında problem olarsa, buna diqqət etməmək mümkün deyil. Təzyiqin düşməsi, yorğunluq, təngnəfəslik, soyuq əllər və ayaqlar - qan dövranının pozulmasının aşkar əlamətləridir. Qan dövranının belə dayanması hipertoniya, damarlarda varikoz genişlənməsi və gözlərin altında tünd kölgələrin əmələ gəlməsi ilə nəticələnir. Bundan əlavə zəif qan dövranı - ürək çatışmazlığını yaradan amillərdən biridir. Sağlamlıqla bağlı ciddi problemlərdən uzaq olmaq və ürəyin işini yaxşılaşdırmaq üçün bir neçə təbii üsullardan istifadə etməyiniz vacibdir.
QAN DÖVRANINI NECƏ YAXŞILAŞDIRMAQ OLAR?
1. Ədviyyatlardan istifadə edin.
Rasionunuza ədviyyatları əlavə etmək sağlamlığınızın qeydinə qalmaq deməkdir. Qırmızı bibər (çili), qara istiot, ətirli rozmarin, kəklikotu, darçın və hətta sarımsaq qan dövranını aktivləşdirən ədviyyatlardır. Maddələr mübadiləsinin yaxşılaşmasında və cavanlığı qorumaq üçün bu ədviyyatlar faydalıdır.
2. Pilləkənlərdən istifadə edin.
Bu varikozla mübarizədə çox faydalıdır. Lift istifadəsindən imtina edərək siz qan damarlarınızın divarını möhkəmləndirərək ürəyinizidə məşq elətdirmiş olursunuz.
3. Dartının.
Əgər siz kompyuter arxasında çox vaxt keçirirsinizsə o zaman ən az bir saatdan bir qalxın və dartınmağa çalışın. Oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır, lakin belə dartınmalar sayəsində bu xoşagəlməz situasiyanı aradan qaldırmaq olar.
4. Siqaret çəkməkdən imtina edin.
Nikotin orqanizmdən yalnızca vitamin C-ni xaric etmir. Bu zərərli maddə birbaşa ürəyə də təsir edir. Siqaret çəkməkdən imtina etsəniz bir neçə gün ərzində səhhətinizdəki dəyişiklikləri hiss edəcəksiniz.
5. Masajla dincəlin
Masaj orqanizmdə qanı oynadır və qan dövranının zəifləməsinin qarşısını alır. Əl və ayaqlarınız soyuduğu zaman özünüz masaj etdikdə effektini həmən hiss edəcəksiniz.
6. Düzgün vəziyyətdə istirahət.
Qan dövranını yaxşılaşdırmaq üçün uzanan zaman ayaqlarınızı baş səviyyəsindən hündürdə saxlayın. Heç olmasa gün ərzindı 15 dəqiqə döşəmədə uzanaraq ayaqlarınızı divanın üstünə qoyun.
7. Çeşidli yeməklərlə qidalanın.
Qida rasionunuza balqabaq və günəbaxan toxumu, avokado, xurma, daha çox təzə göyərti və meyvə əlavə edin. Bundan əlavə qan dövranının fəaliyyəti üçün tünd şokolad çox faydalıdır.
8. Duş qəbulu
Duş qəbulu sadəcə gümrahlıq vermir. O eləcə də, sağlıqla bağlı bir çox problemləridə aradan qaldırır. İsti vannadan sonra sərin duş almağı unutmayın, bununla iflicin qarşısını 30% ala biləcəksiniz.
9. Çoxlu hərəkət edin.
Ürək əzələlərini və qan hərəkətini yaxşılaşdırmaq üçün bacardıqca aktiv olmaq lazımdır. Sübut olunmuşdur ki, velosipeddən istifadə etmək ürək xəstəliklərinin qarşısını almaqda çox müsbət təsir göstərir.
10. Rahat ayaqqabılardan istifadə edin.
Çalışın bacardığınız qədər ayaqyalın gəzin və ya elə bir ayaqqabıdan istifadə edin ki, ayaqqabısız olan komfortluluğu hiss edə biləsiniz.
11. İsti (iliq) su için.
Soyuq su qan damarlarını daraldır. Hər gün kifayət qədər isti (iliq) su içməyə çalışın, bu sizin ürəyiniz üçün əvəzolunmaz xidmətdir.
Dostlarınıza, yaxınlarınıza can sağlığı arzu edərək bu məlumatı onlarla da paylaşın!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1868   Tarix: 27 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Damarları açır, ürəyi gücləndirir

Bazarlarda çox vaxt yanından keçdiyimiz, kifayət qədər önəm vermədiyimiz qara kök əslində şəfa mənbəyidir. Tünd bənövşəyi rəngi ilə diqqət çəkən bu tərəvəz son zamanlar qidalanma ekspertlərinin ən çox tövsiyə etdiyi məhsulla

.

Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı

Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu riskinin azalmasına kömək edə bilər. xəbər verir ki, bu barədə Rusiyalı mama-ginekoloq Anastasiya Semyonenko bildirib. Onun sözlərinə görə, sardina "Omeqa-3"

.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub

.

Dərmansız iki həftəyə yuxunu yaxşılaşdırmaq mümkün olacaq

Yuxu keyfiyyətini artırmaq üçün yalnız düzgün gündəlik rejimə riayət etmək kifayət etmir; yataq otağının temperaturunun 20-21 dərəcə səviyyəsində saxlanılması da vacib hesab olunur. xəbər verir ki, rusiyalı mütəxəssis Serge

.

Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı

Mədə xərçəngi dünyada geniş yayılmış, lakin çox vaxt gec mərhələdə aşkarlanan xəstəliklərdən biridir. 300-dən çox xəstənin məlumatları əsasında aparılan yeni təhlil bu xəstəliyə yoluxan insanların həyat tərzində ortaq xüsusiyyətlər

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

.

"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"

"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər". -a istinadən xəbər verir ki, bunu genetik mühəndislik üzrə rusiyalı mütəxəssis Pavel Volçkov deyib. Onun sözlərinə görə, buna erkən diaqnostik

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

turlar.az

gozel gorunmek hamiləlik toy gecesi qadın və kişi hamilelik terevezler dadlı yemək kosmetika novruz bayramına aid hakıştalar narin faydasi uşaq şeirləri novruza aid hakisdalar sirniyatlar