Qan xərçəngindən ölən rejissorun xanımından XƏBƏR VAR: "Bu gündən..."
"Mənə bəzi xanımlar yazır ki, özünü bu problemlə reklam edirsən. Mənim o insanlara sözüm odur ki, mən özümü reklam etmirəm. Sizlər üçün paylaşım edirəm".
BiG.AZ xəbər verir ki, bu sözləri cavan yaşında qan xərçəngindən dünyasını dəyişmiş rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə söyləyib.
Səbinə yenidən əvvəlki peşəsinə qayıtdığını bildirib:
"Bu gündən artıq əl işlərimdən paylaşacam. Sizin hər bir yazınıza cavab verəcəm. Hər nə qədər çətin olsa da oğlum Seyyid Əli üçün hər şeyə davam edəcəm. Mən artıq işimin başında olacam".
f Paylaş