Qara ciyər – çox vacib orqandır

Qara ciyər – çox vacib orqandırQara ciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır.Hesablamalara görə qara ciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir.
Ona görə də qara ciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qara ciyərin xaric edilməsi və ya məhv olması 1-5 gün ərzində labüd şəkildə insanın ölümünə səbəb olur.
Bəs, qara ciyərin əsas vəzifələri hansılardır?
1. Qara ciyər orqanizmin biokimyəvi laboratoriyasıdır.
Həkimlər onu məhz belə adlandırırlar. Bu qara ciyərin ən əsas funksiyalarından biridir. Məhz burada, dəri, ağ ciyərlər və bağırsaqlar vasitəsi ilə orqanizmə daxil olan ilkin məhsullardan, orqanizmin yaşaması - fəaliyyət göstərməsi üçün vacib olan zülallar, yağlar, limfa və s. maddələr (bunlar olmasa orqanizm yaşaya bilməz) istehsal olunur. Qara ciyər, yağların həzm edilməsi üçün vacib hesab edilən öd də istehsal edir. Gün ərzində qara ciyər 1 litrə yaxın öd hasil edir. Öd, qara ciyərin altında yerləşən öd kisəsində (ödün saxlanması üçün kisə) saxlanılır və lazım olduqda həzm prosesində istifadə olunur.
2. Qara ciyər - anbardır. Orqanizm üçün gərəkli olan maddələr qara ciyərdə toplanaraq, ehtiyac yarandıqca orqanizm tərəfindən istifadə olunur. Qan zərdabında hər zaman qlyukoza - başqa sözlə desək şəkər olmalıdır. Bu, beyin və əzələ hüceyrələri və eritrositlərin fəaliyyət göstərməsi üçün əsas enerji mənbəyidir. Hüceyrələr hər zaman qlyukoza ilə təmin olunmalıdırlar, əks halda onlar sadəcə olaraq yaşaya bilməzlər. Qlyukozanın ehtiyatı məhz qara ciyərdə saxlanılır. Qlyukoza suda həll olduğu üçün onu ehtiyat şəklində toplamaq orqanizm üçün münasib deyil. Buna görə də qara ciyər, qanda artıq miqdarda olan qlyukoza molekullarını tutaraq, onları həll olunmayan polisaxarid olan qlikogenə çevirərək, qranullar (dənəciklər) şəklində qara ciyər hüceyrələrində saxlayır və tələbat yaranan kimi yenidən qlyukozaya çevirərək qana daxil edir. Qara ciyərdə həmçinin vitaminlərdən - A, D, E, K, S, B12, nikotin və fol turşuları, mineral maddələrdən - mis, sink, kobalt, molibden və s. ehtiyatları da saxlanılır. Qara ciyərdə orqanizm üçün həyati əhəmiyyət kəsb edən və qan hüceyrələri olan eritrositlərin tərkibinə daxil olan, dəmir elementi də toplanılır.
3. Qara ciyər - bədəndə olan tullantıların yenidən emal edilməsi zavodudur.
Orqanizm üçün "artıq" hesab edilən və ya öz funksiyasını sona qədər yerinə yetirən maddələr məhz qara ciyərdə parçalanırlar. Məsələn, qan hüceyrələri olan eritrositlər 120 gün yaşadıqdan sonra qocaldıqları üçün orqanizmdən xaric edilməlidirlər. Qara ciyərdə belə eritrositləri tutaraq onları parçalayan xüsusi hüceyrələr mövcuddur. "Qoca" eritrositlərdən qara ciyərdə öd hazırlanır.
"Artıq" hesab edilən hormonlar da qara ciyərdə parçalanırlar. Qlyukozanın qlikogenə çevrilməsində iştirak edən insulin və qlyukaqon hormonları, cinsi hormonlar olan testosteron və estrogenlər, stres hormonu olan adrenalin və s. bu kimi hormonlardandır. Qara ciyərin xroniki xəstəliyi zamanı "artıq" hormonların qanda yığılması nəticəsində orqanizmin fəaliyyəti xeyli dərəcədə pozulur. Məsələn, qara ciyədə olan xəstəliklər nəticəsində, "artıq" olan cinsi hormonların qanda toplanması nəticəsində, kişilərin və qadınların cinsi sferasında problemlər və hətta sonsuzluq da yarana bilər.
4. Qara ciyər - təbii filterdir (süzgəcdir).
O, maddələr mübadiləsi nəticəsində orqanizmin özünün daxilində əmələ gələn,
həmçinin, qida, su, hava ilə orqanizmə xarici mühitdən daxil olan - zəhərləri,
toksinləri, kanserogen maddələri (xərçəng xəstəliyini törədə bilən maddələr)
tutaraq onları parçalayır. Bir sıra mürəkkəb biokimyəvi çevrilmələrdən sonra bu
toksinlər suda həll olunan zərərsiz maddələrə çevrilərək, sidik və ya öd vasitəsi ilə
bədəndən xaric olurlar. Qara ciyərin, cəmi bir neçə saat ərzində, öz fəaliyyətini
dayandırması, orqanizmin tez bir zamanda toksiki maddələrlə zəhərlənərək məhv
olmasına səbəb olur.
Qara ciyərdə qanda olan bakteriyaları tutan xüsusi hüceyrələr də vardır. Bu
hüceyrələr tutduqları mikroorqanizmləri udaraq onları məhv edirlər.
5. Qara ciyər - qan anbarıdır. Qara ciyərdə xeyli qan vardır, ancaq onun heç də hamısı qan dövranında iştirak etmir. Bu qanın kifayət qədər çox hissəsi (ümumi miqdarının 10%-ə qədəri) ehtiyatda saxlanılır. İnsan xeyli miqdarda qan itirdikdə, qara ciyərdə olan damarlar sıxılaraq, öz qan ehtiyatlarını ümumi qan dövranına qovaraq insanı şokdan xilas edir.
Bütün bu deyilənlərdən bizə aydın olur ki, qara ciyər orqanizmin çox vacib olan orqanıdır və onun fəaliyyətinin pozulması bir çox hallarda həqiqi fəlakətə də səbəb ola bilər. Buna görə də təbiət onun etibarlı müdafiəsinin də qayğısına qalmışdır. Qara ciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qara ciyər kimi, regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil! Bu orqanın ¾ hissəsini xaric etdikdən sonra, bir neçə həftə ərzində o özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir! Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi olaraq ona təsir etməsi nəticəsində o, özünü bərpa etmək funksiyasının öhdəsindən gələ bilmir ki, bu halda, qara ciyərin müxtəlif xəstəlikləri (və hətda ən qorxulu olan qara ciyər sirrozu-məhv olması) inkişaf etmiş olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1895   Tarix: 02 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qis geyimləri 2026 kosmetika mehsullari qadin sayti qadın geyim və aksessuar yay paltarlari hakışta xınayaxdı maraqli toy ideyalari kosmetika bayati porno baldıza aid hakışta hakışta hakista sozler