20 günlük stress ömrü 10 saat qısaldır - Psixoloq
Stress hormonal sistemi aktivləşdirir və müxtəlif orqanlarda uzunmüddətli pozuntular yaradır. Uzun sürən daxili gərginlik psixosomatik xəstəliklərin yaranmasına şərait yaradır. Bu xəstəliklərə yüksək təzyiq. Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi. Astma. Artrit. Dermatoloji problemlər. Hətta ikinci tip şəkərli diabet və ürək xəstəlikləri də daxildir.
Milli.Az xəbər verir ki, bunu rusiyalı psixoloq Yelena Kuперşteyn deyib.
Psixoloqun sözlərinə görə bədən xroniki stresslə mübarizədə çətinlik çəkir. Gərginlik bitəndən sonra belə orqanizm hələ də güclü reaksiya verə bilər. Bu vəziyyət immuniteti zəiflədir. Maddələr mübadiləsinə mənfi təsir göstərir və orqanizmin yaşlanmasını sürətləndirir. Yüksək səviyyəli stressin cəmi iyirmi günü insanın ömrünü təxminən on saat azalda bilər.
Mütəxəssis qeyd edib ki stress bəzən sosial mühitdə də yayıla bilər. Bu hal başqalarının emosiyalarına həssas yanaşma zamanı özünü göstərir. Ona görə də mənfi xəbərlərin və gərgin mövzuların mütəmadi müzakirəsi əlavə narahatlıq yarada bilər.
Psixoloq stressin yığılmaması üçün təhlükəsiz üsullardan istifadə etməyi tövsiyə edib. Dərin nəfəs məşqləri. Emosiya gündəliyi. İnformasiya yükünün azaldılması. Yaradıcılıq fəaliyyəti. Təbiətdə vaxt keçirmək bu üsullar arasındadır.
İsmayıl
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Dünyanın ən gözəl qadını seçildi
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal