Qara istiotun müalicəvi xüsusiyyətləri. RESEPTLƏR

Qara istiotun müalicəvi xüsusiyyətləri. RESEPTLƏRHindistanın cənub-qərbində yerləşən Malabar vilayətini əvvəllər "istiotun vətəni" adlandırırdılar.
Qədim Hindistanda və Yunanıstanda ən məşhur və bahalı ədviyyatlardan biri olan qara istiotun yeməklərə əlavə edilməsi həmin vaxtlar qadağan olunmuşdu, çünki qara istiotdan pul ekvivalenti və dini ayinlərdə müqəddəs bitki kimi istifadə edilirdi.
Ətrinə, həmçinin xörək, salat, marinad və şorabalara verdiyi özünəməxsus dada görə qara istiotdan əzilmiş və dənəli halda istifadə edilməsi bir sıra müasir dünya ölkələrinin kulinariyasında mühüm yer tutur.
Qara istiotun tərkibində toxumlara özünəməxsus ətir verən dipenten, fellanderin, seskviterpen və kariofillen efir yağları, acı dad verən alkaloid piperin, bundan başqa K vitamini, dəmir, mis, manqan kimi mikroelementlər, qətran, piyli yağlar, bitki lifləri və nişasta var.
Qara istiotun mədədəki duz turşusunun sintezini stimulyasiya etməklə həzmi yaxşılaşdırmaq xüsusiyyətinə malik olması həzmlə bağlı xəstəliklərdə ondan istifadə olunmasına əsas verir. Həzmi normallaşdıraraq bağırsaqlarda çürümə prosesi və zərərli qazların əmələ gəlməsinin qarşısını alır, yaranmış qazların, qaraciyərin dezintoksikasion funksiyasını yaxşılaşdıraraq orqanizmdən toksiki maddələrin xaric olunmasını, bağırsaqlardan vitamin və mineralların sorulmasını asanlaşdırır. Qara istiot dad reseptorlarını qaıcıqlandıraraq iştahanı və həzmi yaxşılaşdırır, qida qəbulundan sonra ağırlıq hissini aradan qaldırır.
Sidikqovucu və antibakterial xüsusiyyətlərinə görə sidikçıxarıcı yolların iltihabi xəstəliklərinin müalicə və profilaktikasında istifadə edilir. Tərkibindəki güclü antioksidant təsir göstərən maddələr sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir, şiş hüceyrələrinin inkişafının qarşısını alır.
Qara istiot açıq yaraların üzərinə səpiləndə qankəsici və antibakterial təsir göstərir. Yerli olaraq ilan, əqrəb və həşərat sancmaları zamanı istifadə edilir.
Qara istiotun tərkibində olan piperin orqanizmə selen, B qrupu vitaminləri, beta-karotin, kurkumin və bir sıra digər faydalı maddələrin sorulmasını artırır, orqanizmdə yağların termogenezini sürətləndirərək eneji mübadiləsini yaxşılaşdırır, artıq piylərin depolanmasının qarşısını alir. Piperin beyində seratonin və beta-endorfinlərin sintezini artıraraq əhvali-ruhiyyəni yaxşılaşdırır.
Qara istiot mədənin selikli qişasına qıcıqlandırıcı təsir göstərərək turşuluğu artırdığına görə qastrit və mədə xorası olanlar ondan istifadəni minumuma endirməli və ya tamamilə rasiondan çıxarmalıdırlar. Böyrək, qaraciyər və bağırsaqlarda kəskin proseslər zamanı, anemiya, stenokardiya, aritmiya və hipertoniya xəstəliyi zamanı qara istiotdan istifadə edilməsini məhdudlaşdırılmalıdır.
Müalicəvi reseptlər
Bel, boyun ağrıları və radikulit
- 20-30 ədəd qara istiot dənələri əzilir və üzərinə 200 ml 40%-li spirt əlavə edilir. Qaranlıq yerdə hər gün qarışdırılaraq 5 gün dəmlənir, üzərinə 1 çay qaşığı yodun 3 %-li spirt məhlulu əlavə edilir və hər gün qarışdırılaraq daha 7 gün dəmlənir, sonra üzərinə 1 xörək qaşığı xörək duzu əlavə edilir və daha 1 gün saxlanır. Alınan cövhərlə ağrıyan nahiyələrə islatma qoyulur. Müalicə müddəti 3 gündür.
- 1 xörək qaşığı əzilmiş qara istiot üzərinə 200 ml zeytun yağı əlavə edilir, zəif ocaqda 10 dəqiqə isidilir, soyuyandan sonra süzülür, ağrıyan nahiyələrə islatma qoyulur.
Zökəm və qrip
- 100 qram kərə yağı zəif ocaqda 15 dəqiqə qızdırılır, əridikdən sonra çökdürülərək süzülür. Yağın duru hissəsinin içərisinə yarım çay qaşığı əzilib toz halına salınmış qara istiot qatılaraq qarışdırılır, ilıq halda buruna damızdırılır.
Angina və bronxit
- 1 çay qaşığı əzilmiş qara istiot 1 stəkan balla qarışdırılır, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir. Qarışığı 1 ay saxlamaq mümkündür.
Böyrək daşı
- Qara üzüm giləsinin tumları çıxarılaraq yerinə 1 ədəd qara istiot dənəsi qoyulur, 7 gün ərzində gündə 1 ədəd qəbul edilir. Həmin üsulla müalicə zamanı daşlar əriyərək sidiklə birlikdə xaric olur.
Saç tökülməsi və qırılması
- Bərabər miqdarda duz və əzilmiş qara istiot qarışdırılır, qatı qarışıq alınana qədər üzərinə soğan suyu əlavə edilir. Alınan qarışıq saçların dibinə çəkilir, yarım saat sonra yuyulur.
Mənbə: Herba Flora jurnalı /news.milli.az

Xəbərlər     Baxılıb: 1134   Tarix: 13 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay kolleksiyasi donlar 2026 maskalar yay geyimleri qəlyanaltı reseptləri berguzar korel uşaq geyimləri kosmetika terezi baldiza aid rus dilini öyrənək gunay xlor lekesi