Qara turpun bilmədiyiniz FAYDALARI - Viruslara qarşı təbii müdafiə

Qara turpun bilmədiyiniz FAYDALARI - Viruslara qarşı təbii müdafiəSüfrələrin və salatların bəzəyi olan turp bitkisi çoxumuza məlumdur. Dadlı olduğu qədər də faydalı olan bu bitkinin əsasən iki növündən (qırmızı və ağ) istifadə edilir. Ağ turpun həm də müalicəvi təsirli olması çoxlarına məlumdur. Belə ki, öskürək və boğaz ağrıları zamanı onun suyu içilir və boğaz qarqara edilir. Lakin turpun başqa bir növü də var ki, bəlkə də çoxları onun varlığından xəbərsizdirlər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, qara turp bu bitkinin ən acı, ancaq ən faydalı növüdür. Həm çiy halda tərəvəz kimi, həm də dərman məqsədilə istifadə edilir. Yarpaqlarından və meyvə köklərindən müxtəlif yeməklər, salatlar hazırlanır. Tərkibində çox miqdarda vitaminlər və minerallar mövcuddur. O, maddələr mübadiləsini tənzimləyir, immuniteti artırır, artıq mayeni bədəndən xaric edir. Həm də təbii antibiotik hesab edilə bilər. Qara turp bədəndə olan şlakların, ödün, duzların və sidik turşusunun bədəndən çıxarılmasını təmin edir. Şirəsi güclü ödqovucu xüsusiyyətə malikdir. Buna görə də qaraciyər və öd problemləri zamanı dərman maddəsi kimi tətbiq edilir.
Tərkibində olan maddələrin hesabına qara turp antiseptik və bakterisid tərkibə malikdir. Tərkibində olan kükürd birləşmələri isə hətta xərçəng hüceyrələrini məhv edir. Buna görə də xalq təbabətində qara turpun meyvə köklərindən onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Həmçinin qara turp öskürək, qrip, öd daşı xəstəliklərində də effektlidir.
Xalq təbabətində qara turpun bir sıra xəstəliklər zamanı tətbiq edilən reseptləri mövcuddur:
- Öskürək zamanı qara turpun bir böyük məyvə kökünü sürtgəcdən keçirin. Şirəsini sıxaraq 200 qr bal ilə qarışdırın. Daha sonra 12 saat qaranlıq və sərin yerdə saxlayın. Əmələ gələn məhlulu gün ərzində bir neçə dəfə qəbul edin.
- Qara turp bir sıra dəri xəstəliklərində də istifadə edilir. 100 qr qara turpun şirəsini qırmızı çaxırla qarışdırın. Daha sonra qazın üzərinə qoyaraq bircinsli məhlul alinanadək qaynadın. Davamlı olaraq dərinin problemli hissələrinə sürtün.
- 1 x/q çuğundur şirəsi, 2 x/q xren şirəsi, 1 x/q kök şirəsi, 3 x/q qara turpun şirəsini qarışdırın. Yüksək qan təzyiqi zamanı gündə 4 dəfə 2 x/q olmaqla qəbul edin.
- Anemiya (qan azlığı) zamanı 6 ədəd qara turpun şirəsini çıxarın. Onu 5 ədəd çuğundur şirəsi və 2 stəkan kök şirəsi ilə qarışdırın. Alınan məhlulu keramik qaba tökərək 4 saatlığa sobaya qoyun. Alınan məcunu gündə 3 dəfə yeməkdən əvvəl 1 x/q qəbul edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2671   Tarix: 05 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

adlarin menasi gözəllik məhsulları toy gecesi toy dəbi aybasi qani ile cadu qadın geyimi soz haqqinda atalar sozu kosmetika haxista veten haqqinda atalar sozu zəhmət muellim seiri damla