"Qarabağı qarabağlılar qorusun" - Qızını erməniyə verən azərbaycanlı məmurdan ​ŞOK AÇIQLAMA

"Qarabağı qarabağlılar qorusun" - Qızını erməniyə verən azərbaycanlı məmurdan ​ŞOK AÇIQLAMARusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova təşkilatın Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu erməni ilə qohum olduğuna görə dəstəkləyib.

BiG.AZ diaspor.az-a istinadən xəbər verir ki, ona olan ictimai qınaqdan sonra qızını erməniyə ərə verən diaspor sədri Ağadadaş Kərimov yığıncaq keçirib.

A.Kərimov yığıncaqda erməni ilə qohum olmasına bir daha haqq qazandıraraq özünü bu bu qohumluq əlaqələrində qız tərəfi kimi gördüyünə görə fəxr etdiyini bildirib.

Yığıncaqda öz tərəfdarlarını başına toplayan Kərimov Azərbaycanın işğal altında olan torpaqlarının onunla heç bir bağlılıq təşkil etmədiyini vurğulayıb. Qızının və kürəkəninin toyunda iştirak etmədiyini qeyd edən erməninin azərbaycanlı qudası məhz toyda iştirak etmədiyinə görə, peşiman olduğunu bildirib:

"Mən etiraf edirəm ki, qızım və kürəkənimin toyunda iştirak etməmişəm. Amma kaş ki, iştirak edərdim. Mənim ailəm mənə məxsusdur. Mən ailəmi heç bir halda tərk edən deyiləm. Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb və uğrunda döyüşülən torpaqlar da mənim deyil. Mən qarabağlı da deyiləm ki, torpaqları qorumağa haqqım çatsın. Gücləri çatırsa, öz torpaqlarını özləri qorusun. Mən Rusiya vətəndaşıyam, Qarabağı gedib qarabağlılar qorusun".

Yığıncaqda iştirak edən Rövşən Əliyev (red: Ağdadaş Kərimovun yaxın dostu) isə dostu Kərimova etirazını bildirib. O, Kərimovun ermənilərlə dostluq və qohumluq münasibətlərinin peyda olduğuna görə hədələndiyini, təhdid olunduğunu vurğulayıb. Kərimov isə bu yanaşmasına görə dostuna etiraz edərək onun yığıncağı tərk etməsini tələb edib.

Yığıncaqda iştirak edən digər azərbaycanlıların adı saytımıza məlum olsa da, biz onların təhlükəsizliyini və şəxsi həyatlarında yarana biləcək problemləri nəzərə alaraq qeyd etmirik.

Ən maraqlısı odur ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadiqova qızını erməniyə ərə verən azərbaycanlı sədrin fikirlərinə haqq qazandırıb. M.Sadıqova Kərimovun erməni ilə quda olmasına görə heç bir cinayət xarakaterli davranış nümayiş etdirmədiyini qeyd edərək erməni qudaya da xeyir-dua diləyib: "Düşünürəm ki, kimsə A.Kərimovun yerinə göz dikib deyə, onun vəzifəsindən kənarlaşdırılmasına cəhd göstərir. Buradan demək istəyirəm ki, kimin kimə ərə getməsi jurnalistlərin müzakirə edəcəyi mövzu deyil. Bu nikah mərasimi, eyni zamanda, Azərbaycan dövlətinin, hakimiyyətinin və xalqınında müzakirə mövzusuna çevrilməməlidir. A.Kərimov qızını erməniyə ərə verib, lap əcəb edib. Mən sevənlərin arasına müdaxilə etməyə qarşıyam. Sevgi azaddır. Heç kəs sevgiyə qarşı olmamalıdır. Bununla yanaşı, erməni və Azərbaycan xalqı arasında düşmənçilik olmamalıdır. Biz ermənilərlə yenidən barışıb bir masa ətrafında oturmalıyıq. Yenidən xeyir və şərimizdə bir-birimizin yanında olmalıyıq. Çünki biz tarixən mehriban xalq olaraq yaşamışıq".

Məlumata görə, M.Sadıqovanın da ermənilərə qarşı xüsusi simpatiyası mövcuddur. Eyni zamanda, Sadıqovanın da ailə üzvlərinin və yaxın qohumlarının digər millətlərlə qohumluq münasibətlərinin olduğu qeyd olunur. Eyni zamanda, onun idarəetmə bacarığına malik olmadığı xüsusi olaraq bildirilir. Həmçinin, Sadıqovanın ailə idarəetməsində başarısız olduğu əsas gətirilərək onun böyük bir təşkilata rəhbərlik etməsinin uğursuzluqla nəticələnəcəyi vurğulanır.

Qeyd edək ki, Rusiyada yaşayan nüfuzlu azərbaycanlılar və söz sahibi olan azərbaycanlı diaspor nümayəndələri arasında A.Kərimovun və M.Sadıqovanın vəzifələrinin öhdəsindən gələ bilmədikləri müzakirə mövzusuna çevrilib. Yaxın günlərdə Rusiyada yaşayan azərbaycanlıların M.Sadıqovaya və A.Kərimova etiraz əlaməti olaraq, aksiya keçirəcəkləri bildirilir. Etirazçıların bununla bağlı bir araya gəlib müvafiq bəyannamə qəbul edəcəyi və hər iki şəxsin istefa verməsini tələb edəcəyi vurğulanır.

Xəbərlər     Baxılıb: 2749   Tarix: 15 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

maskalar kosmetik vasiteler makiyaj instagram ariqlamaq ucun yasil cay qadin psixologiyasi hakistalar abşeron tortu kosmetika veten gozde olar hakista sevda novruz hakista