Qaraciyəri təbii şəkildə təmizləyən içkilər

Qaraciyəri təbii şəkildə təmizləyən içkilərOrqanizmdəki ən mühüm orqanlardan biri sayılan qaraciyər yanlış qidalanma vərdişləri üzündən zamanla öz funksiyasını yaxşı yerinə yetirə bilmir. Qaraciyərin əsas vəzifələri bunlardır: maddələr mübadiləsini normaya salır, qanı təmizləyir, vitaminləri sorur. Daha sağlam bədənə sahib olmaq üçün bütün bunların yerinə yetirilməsi vacibdir. Çünki qaraciyər xəstəliklərinin müalicəsi olduqca çətin və ağrılıdır.
Unutmayın, orqanizmdəki hər orqanın hansı vəziyyətdə olmasına biz özümüz cavabdehik. Bu məsuliyyəti dərk edən insanlar həkimlərə və dərmanlara ehtiyac duymur. Ömrünün sonuna qədər sağlam və gümrah yaşayır.
Bu yazıda qaraciyəri təmizləyən, müxtəlif xəstəliklərdən qoruyan təbii içkilərin siyahısını təqdim edirik:
Möcüzəli yaşıl çay
Yaşıl çay qaraciyər yağlanmasının qarşısını alan içkilərin siyahısında liderdir. Tərkibindəki katexin sayəsində qaraciyərdə yağ yığılmasının qarşısını alır. Yatmazdan əvvəl bir fincan yaşıl çay içməyi vərdiş halına gətirərək qaraciyərin funksiyalarını yerinə yetirməsinə kömək edə bilərsiniz.
Ləzzətli resept: alma suyu
Qaraciyəri qorumaq istəyirsinizsə, öd kisəsinin də qeydinə qalmalısınız. Öd kisəsi daşlarını əritmək, qara ciyəri infeksiyalardan qorumaq və təbii detoks üçün alma suyu için. Almanın tərkibində olan turşular öd kisəsi və qaraciyər üçün olduqca faydalıdır. Təbii alma suyunu eyni dərəcədə limon suyu ilə qarışdırıb ləzzətli içki hazırlaya bilərsiniz.
Özü acı, faydası şirin: qreypfrut şirəsi
Qış aylarında bütün mağazalarda asanlıqla tapılan qreypfrut qaraciyərin ən sədaqətli dostudur. Qreypfrut suyuna: sarımsaq, zəncəfil kökü, limon, zeytun yağı əlavə edərək həm ləzzətli, həm də çox sağlam içki hazırlayın. Bu içki qaraciyəri təmizləyir, limfa sistemini möhkəmləndirir.
Min bir dərdin dərmanı: qarağat şirəsi
Qarağat tərkibindəki vitamin, mineral və antioksidantlar sayəsində əsl sağlamlıq anbarıdır. Bu bitki qaraciyəri təmizləyir, immunitet sistemini gücləndirir. Qarağatı, kərəviz sapını, kiçik xiyarı, qırmızı alma və yaşıl armudu blenderdə yaxşıca qarışdırın. Bu möcüzəli içkini 5 gün ərzində mütəmadi olaraq için. Qaraciyəri təmizləyən bu içkini hər gün təzə hazırlamaq faydalıdır.
Qızıldan qiymətli: yerkökü suyu
Yerkökünün tərkibindəki A, B, C vitaminləri, kalsium, fosfor və kalium qaraciyəri zərərli maddələrdən təmizləyir. Yerkökü, xiyar və kərəviz sapını mikserdə qarışdırın. Bu içkini hazırlayan kimi için, çox saxlamaq olmaz.Publika.az

Xəbərlər     Baxılıb: 1963   Tarix: 28 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

sade makiyaj sekilleri qadin sayti geyim və ayaqqabılar bilinçik resepti roya ayxan islamda qadinlar körpələrdə süni qidalar kosmetika qu quşu qurd xəstəliklərinə qarşı mualicə qiz adlari qiz burcu öpüşme