Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var

Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində varQaraciyər orqanizmin ən vacib orqanlarından biridir. O, bədəndə toksinlərin zərərsizləşdirilməsi, qida maddələrinin parçalanması və həyati əhəmiyyətli zülalların sintezində əsas rol oynayır. Sağlamlığı qorumaq üçün isə düzgün qidalanma olduqca vacibdir.
Milli.Az xəbər verir ki, mütəxəssislər bəzi gündəlik qidaların və vərdişlərin qaraciyərə zərər verdiyini bildirirlər.
Qaraciyəri zədələyə biləcək əsas faktorlar:
Şəkərli məhsulların həddindən artıq qəbulu
Qazlı içkilər, tortlar və şəkərli səhər yeməkləri qaraciyərdə piylənməyə səbəb ola bilər.
Spirtli içkilərin çox istifadəsi
Alkoqolun parçalanması zamanı yaranan toksinlər qaraciyər hüceyrələrinə zərər verir. Bu da siroz və hepatit kimi xəstəliklərin inkişaf riskini artırır.
Trans və doymuş yağlarla zəngin qidalar
Fast food məhsulları, marqarin və qablaşdırılmış qəlyanaltılar iltihabı artıraraq qaraciyərin yükünü artırır.
Natrium (duz) miqdarının artıqlığı
Konservlər, hazır şorbalar və turşular bədəndə suyun tutulmasına və qaraciyərin zədələnməsinə yol aça bilər.
İşlənmiş qidalar və konservantlar
Kolbasa, salam və hazır qidalar qaraciyərin təmizləmə qabiliyyətini zəiflədir.
Dərmanların şüursuz istifadəsi
Xüsusilə parasetamol kimi ağrıkəsicilər uzunmüddətli və yüksək dozada istifadə edildikdə qaraciyəri zədələyə bilər.
Zülalın normadan artıq qəbulu
Həddindən artıq ət və protein tozu istehlakı qaraciyərin təmizləmə funksiyasını yükləyə bilər.
Qaraciyər sağlamlığını qorumaq üçün nə etməli?
Kifayət qədər su içmək
Meyvə, tərəvəz və tam taxıl qəbulunu artırmaq
Antioksidantlarla zəngin məhsullar (zərdəçal, yaşıl çay, sarımsaq, limon və artişok) istifadə etmək
Alimlər həmçinin zeytun yağı, şirin su balıqları, qatıq və soya südünün də qaraciyərə müsbət təsir göstərdiyini vurğulayırlar.
Milli.Az

Xəbərlər     Baxılıb: 1482   Tarix: 16 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

toy makiyaji sekilleri geyim və ayaqqabılar gelinlikler praktiki məsləhətlər qadın sonsuzluğu yeməklər toy ideyalari kosmetika novruz bayrami vətənə aid bayatılar novruz hakistasi bir arzum var google