Qaraciyərin sirrozu gec özünü göstərir, müalicə gecikir - Həkim

Qaraciyərin sirrozu gec özünü göstərir, müalicə gecikir - HəkimQaraciyər sirrozu qaraciyər toxumasının çapıqlaşması deməkdir. Bu təhlükəli xəstəliklədən biri hesab edilə bilər. Çünki bəzən qaraciyər zədələnsə də əsas əlamət və simptomlar vaxtında özünü büruzə vermir. Bu isə müalicənin gecikməsinə səbəb olur.
"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Lalə Xalıqzadə sirrozun əlamətlərini sadalayıb.
"Bununla belə, qaraciyər sirrozunun bir çox ilkin əlamətləri var. Məsələn, iştahasızlıq, qeyri-ixtiyarı arıqlama, ürək bulanması, qusma, sağ qabırğaaltı nahiyədə yüngül ağrılar, yorğunluq və ya müntəzəm zəiflik sirrozunun əlamətləri hesab edilə bilər. Belə bir şübhələr varsa, mütləq həkimə müraciət etmək məsləhətdir.
Qaraciyər sirrozunun yaranma səbəbləri müxtəlif olduğunu söyləyən Lalə Xalıqzadə bildirib ki, sirrozun əsas yaranma səbəbi alkoqol istifadəsi ilə yanaşı hepatit B və hepatit C kimi xroniki viral viruslardır:
QBəzi sirroz xəstəliyinə tutulan şəxslərdə isə heç bir səbəb tapılmır. Qaraciyər sirrozu xəstəliyinin yaranmasında genetik faktor da rol oynayır. Çox nadir hallarda isə ağır dərmanların uzun müddətli istifadəsi, dəmir və mis minerallarının həddindən artıq qəbulu, xroniki ürək çatışmazlığı, öd yollarının tıxanması və digər səbəblərdən yarana bilər".
Bu problemlə üzləşməmək üçün həkim ilk növbədə qaraciyərə ziyan verən hallardan uzaq durmağı, spirtli içkilərdən tamamilə imtina etməyi, ən xırda şübhəyə ehtiyatla yanaşmağı, gecikmədən müalicə aparmağı, hepatit B peyvəndi olunmağı və eləcə də qida rejiminə mütləq əməl etməyi tövsiyə edib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1519   Tarix: 23 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

adlarin menasi toy makiyajlari yay kolleksiyasi ancelinacoli bürclərin sevgi cədvəli toyuqlar haqqinda hakıştalar kosmetika veten haqqinda bayatilar itburnu novruz bayrami zehmet ve zinet yumurta