Qarda uşaqlarınızı mütləq çölə çıxardın
Əsrlərdir cəmiyyətlərdə soyuq havanın uşaqların tənəffüs sistemi üzərində mənfi təsiri olduğu güman edilir. Bəs, bu həqiqətən doğrudurmu? Bir çox insan qrip, bronxit, pnevmoniya kimi qışda daha çox görünən xəstəliklərin səbəbi kimi soyuq havanı günahlandırır.
Qadınsaytı.az deyerler.org-a istinadən bildirir ki, bu klassik düşüncə son 15 ildir elm adamları tərəfindən araşdırılır. Nəticədə bəlli olub ki, soyuq hava xəstə etməz, əksinə qapalı mühitdə xəstəliyə tutulma ehtimalınız daha yüksəkdir. Avropa ölkəlәrində qarda, soyuq havada uşaqlarını möhkəm geyindirib mütləq çölə çıxarırlar. Antarktidada könüllü bir qrup insan üzərində aparılan araşdırmalar soyuq havanın qrip, bronxit kimi tənəffüs sistemi xəstəliklərinə səbəb olmadığını göstərmişdir. Hətta qar yağması havada olan mikrobların ölməsi və havada olan mikroblardan dezinfeksiya olunma mənasına gəlir.
Soyuq hava, selikli qişa üçün mühüm qoruyucu təsirə malikdir. Tənəffüs sisteminin girişində incə selikli qişa örtüyü olub, qapı vəzifəsini daşıyır. Müxtəlif mikrobların ağciyərlərə keçmәsinә mane olur. Soyuq havada selikli qişa işləkliyi artır və selikli qişa örtüyü daha qalın hal alır və mikroblar üçün baryer vəzifəsini daşıyır. Həmçinin soyuq havada nəfəs aldıqda, burun çəpərində qan dövranı artaraq burun toxuması şişir və beləliklə, mikrobların içəri daxil olması çətinləşir. Bu səbəblə soyuq hava təbii bir müdafiə sistemi yaradır.
f Paylaş








Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama