Qarında ağrı nəyin əlaməti ola bilər?

Qarında ağrı nəyin əlaməti ola bilər?Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamət hesab edilməli deyil.
Ağrı – bizim orqanizmin qoruyucu reaksiyası olub, bədəndə nəyinsə qaydada olmadığını və ona yardım göstərilməsi lazım gəldiyini göstərən əlamətdir.
Buna görə də ağrı hissiyyatlarını diqqətsiz qoymaq və "hər şey öz-özünə keçər" deyə düşünmək olmaz! Əgər siz bədənin hər hansı bir hissəsində tez-tez ağrı hiss edirsinizsə mütləq həkimə müraciət edin!
Qarın nahiyyəsində olan ağrılar, ağrıların ən çox təsadüf etdiyi təzahürlərdən biri olduğu üçün biz əksər hallarda ona kifayət qədər diqqət yetirmirik. Bu isə böyük səhv hesab edilir, çünki vaxtında müracit edilmədiyi təqdirdə bu, insanın nəinki Sağlamlığı, hətta həyatı üçün də təhlükəli ola bilər. Qarında ağrılar olarkən həkim məsləhəti olmadan ağrıkəsici dərmanların qəbul edilməsi qəti şəkildə yolverilməzdir!
Qarın nahiyyəsində olan ağrılar müxtəlif səbəblərdən baş verə bilər. Sağlam insanlar da qarın nahiyyəsində ağrı hiss edə bilərlər – bu normadan artıq yemək yedikdə baş verə bilər. Belə ağrılar adətən 15-20 dəqiqədən sonra keçir. Bu zaman spazmolitik dərman (həkimin məsləhəti ilə) qəbul etmək və bir qədər uzanmaq lazımdır.
Əlbətdə ki, əksər hallarda qarında olan ağrıların səbəbi qarın boşluğu orqanlarının (mədə, 12-barmaq bağırsaq, qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, dalaq, nazik və yöğun bağırsaqlar) xəstəlikləri, həmçinin qida zəhərlənmələri, kəskin bağırsaq infeksiyaları olur.
Qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaların əlamətləri - qarında güclü kəsici ağrılar, hərarətin qalxması, güclü ishal, meteorizm (qarında yel). Bu halda mütləq həkimə müraciət edin!
Hepatit (qara ciyərin iltihabı) xəstəliyi zamanı qarının sağ tərəfində qabırğaların altında ağrılar hiss edilir, sarılıq meydana çıxır, sidiyin rəngi tünd, nəcisin açıq olur. Bu əlamətlər meydana çıxan kimi tez bir zamanda həkimə müraciət etmək lazımdır!
Qastrit, qastroduodenit, mədə xorası xəstəliyi zamanı ağrı qarının yuxarı hissəsində hiss olunur və adətən ac qaldıqdan, kəskin və turş qidə qəbul etdikdən və stresdən sonra meydana çıxır. Qastrit zamanı ağrı tez-tez ürək bulanması, qusma, qıcqırma ilə müşayiət oluna bilər. Bu kimi simptomlar meydana çıxarsa mütləq həkim-qastroenteroloqa müraciət edin!
Sadaladığımız xəstəliklərdən başqa, şəkərli diabet, tireotoksikoz (qanda qalxanvari vəzi hormonlarının yüksək olması), revmatizm, pnevmoniya, ürək və aortanın xəstəlikləri, sinir sisteminin bəzi xəstəlikləri, bəzi qan xəstəlikləri, onurğa sütunu və böyrək xəstəlikləri (böyrək iltihabı, böyrək daşı) və s. hallarda da qarın nahiyyəsində ağrılar ola bilər.
Bəzi hallarda, çox təhlükəli xəstəlik hesab edilən miokardın infarktı zamanı da, qarının yuxarı hissəsində ağrı hissi ola bilər. Bu halda qarında olan ağrılar adətən ürək ağrıları ilə də müşayət olunur.
Qadın və kişilərdə qarının aşağı hissəsində olan ağrılar sistit xəstəliyinin (sidik kisəsinin iltihabı) simptomu ola bilər. Ağrılar sidik ifrazatı zamanı daha güclənirlər.
Qadınlarda qarının aşağı hissəsində olan ağrılar uşaqlıq, yumurtalıqlar, uşaqlıq borularının iltihabi xəstəliklərində (endometrit, salpinqit, ooforit) də ola bilər. Bundan başqa təcili şəkildə cərrahi əməliyyat edilməsi tələb edilən (əks halda uşaqlıq borusunun dağılması, güclü uşaqlıq qanaxması və s. fəsadlar baş verə bilər) uşaqlıqdankənar hamiləlik zamanı da qarının aşağı hissəsində ağrı ola bilər!
Kişilərdə, qarının aşağı hissəsində olan ağrılar isə, onlarda prostat vəzinin müxtəlif problemləri və s. səbəblərlə əlaqədar ola bilər.
Qarın nahiyyəsində güclü ağrının olması (həkimlər bunu "kəskin qarın" adlandırır) – çox təhlükəli hal hesab edilir və bu zaman təcili şəkildə cərrahi əməliyyat edilməsi də tələb oluna bilər! Buna görə də əgər yaxınlarınızdan biri birdən-birə qarın nahiyyəsində "xəncər sancılması kimi ağrı" olmasından şikayət edərsə, həmçinin zəiflik, üşütmə hiss edərsə, uzanıb "embrion pozasını" (ayaqlarını qarnına sıxaraq burulmuş vəziyyət) alarsa, dərhal "təcili yardım" çağırmaq lazımdır!
Belə ağrını mədə və 12-barmaq bağırsaq xorasının deşilməsi, appendisit, periton qatının iltihabı – peritonit, bağırsaq keçməməzliyi, yırtığın boğulması və s. digər hallar törədə bilər. Belə halların hər birində vaxtında yardım göstərilmədiyi təqdirdə insan güclü şəkildə zərər çəkə bilər.
"Kəskin qarın" sindromu zamanı, "təcili yardım" gələnə qədər xəstəyə yeməyə və içməyə heç nə verməyin, ona hərəkət etməyə icazə verməyin, onun qarnının üstünə sellofana bükülmüş buz və ya soyuducunun buzxanasından çıxarılan məhsul qoyun. Heç bir halda buzu lüt bədənə qoymayın!
Qarında kəskin ağrılar zamanı
- heç bir halda xəstəyə ağrıkəsici, işlətmə dərmanları verməyin!
- imalə etməyin!
- qarının üzərinə isti qrelka qoymayın!

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 3437   Tarix: 06 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

geyim seçimi həkim məsləhəti geymler 2026 ancelina colinin sekilleri vannalar qarasin qizlar ucun makiyaj bilik haqqinda atalar sozu kosmetika gəncə hüzeyir hacibəyov yemek reseptleri prostat sağlıq