Qarpız təbii sidikqovucu və ödqovucudur

Qarpız təbii sidikqovucu və ödqovucudurQarpız su (çəkinin 80%-nə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlyükozadan fərqli olaraq hətta şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara heç bir mənfi təsir etmir.
Qarpızı təbii sidikqovucu adlandırırlar ki, o insan orqanizmini daxildən sözün tam mənasında "yuyur" və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.
Qarpız qara ciyər üçün çox xeyirlidir. Qarpız şirəsi qara ciyərə orqanizmdən toksinləri yuyub aparmaq üçün kömək edir.
Qarpızın tumları bağırsaqları qurdlardan təmizləyir.
Tərkibində maqnezium mikroelementinın miqdarına görə qarpız badamdan sonra ikinci yer tutur. Qidada maqneziumun xroniki çatışmazlığı təzyiqinin artmasına gətirib çıxarır.
Bundan əlavə maqnezium böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını  alır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir və ödqovucu təsirə malikdir.
Maqneziumdan əlavə qarpız kalium elementi ilə də zəngindir. Kalium ürəyin normal fəaliyyəti üçün çox vacibdir.
Qarpızda dəmir mikroelementi da vardır. Bu səbəbdən qarpız qanazlığından əziyyət çəkən insanlara yaxşı kömək edir.
Arıqlamaq istəyənlər qorxmayaraq qarpız yeyə bilərlər. Qarpızda kalori az olduğuna baxmayaraq o, tez bir zamanda insanda toxluq hissi yaradır.
Bütün bu yaxşı xüsusiyyətlərə baxmayaraq düzgün seçilməmiş qarpız insanın səhhəti üçün əsl təhlükə ola bilər. Bunun səbəbi isə ondan ibarətdir ki, qarpız yetişdirilməsi zamanı tez-tez nitrat tərkibli gübrələrdən istifadə olunur. Bu nitratlar qarpızlarda yığılaraq insanların, xüsusən də uşaqların, orqanizmi üçün təhlükəlidir.
Qaydalara uyğun (yəni xeyirli) yetişdirilmiş qarpız seçmək üçün bizim məsləhətlərimizdən istifadə edə bilərsiniz:
- Qarpızı iyunda-iyulda yox, avqust - sentyabr aylarında almaq lazımdır.
- Yaxşı qarpız gün şüalarının altında parıldayır.
- Qarpızın üzərində çatlar və əzilmiş yerlər olmamalıdır. Bu zədələnmiş yerlərdən qarpıza təhlükəli mikroblar daxil ola bilər və bu mikroblar insanlarda kəskin bağırsaq infeksiyaları törədə bilərlər.
- Qarpız alanda heç bir halda onu kəsdirməyin.
- Qaprızın "quyruğu" sarı və bir qədər qurumuş olmalıdır, lakin tam quru olmamalıdır. "Quyruğu" olmayan qarpız almayın.
- Qarpızın üzərində sarı ləkənin olması onu sübut edir ki, qarpız tam və təbii qaydalara uyğun yetişib. Əgər belə ləkə çox yekə olarsa, deməli bu qarpıza gün şüaları çatmayıb və bunun dadı da yaxşı olmayacaqdır.
- Qarpız seçərək orta ölçüdə (5-7 kq) qarpızlara üstünlük verin.
- Qarpızı evə gətirdikdən sonra suya salın. Yaxşı dəymiş qarpız suyun üzərində üzəcək, dəyməmiş isə batacaq.
- Qarpızı yedikdən əvvəl yaxşı yumaq (sabunla da olar), qaynanmış su ilə yaxalamaq lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1339   Tarix: 14 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

adlarin menasi maskalar geyim necə seçməli varikosel fransiz qadinlari kişi üzükləri qlazok yumurta kosmetika zehmet ve zinet bahar prostat kokelmek aslan