Qarpızın inanılmaz faydaları - Tumları ilə birlikdə yeyin

Qarpızın inanılmaz faydaları - Tumları ilə birlikdə yeyinYay aylarının sevilən və sərinlədici meyvəsi olan qarpız ən çox tükətilən meyvələr sırasında yer alır. Su və şəkərdən ibarət olan qarpızın kalorisi və qida dəyəri olduqca zəngindir və doyuruculuğu yüksəkdir. Tərkibində bir çox vitamin və minerallar var.
Milli.Az medicina.az-a istinadən qarpızın faydalarını təqdim edir:
100 qram qarpız 30 kaloridir.
Su miqdarı çoxdur. 100 qram qarpızın təxminən 90 qramı sudur.
Protein və lif tərkiblidir.
Tərkibində folat, niasin, pantotenik turşusu var.
Piridoksin və tiamin komponentlərindən ibarətdir.
A ve C vitamini baxımından zəngindir.
E və B6 vitamini tərkiblidir.
Natrium, kalium və kalsium qaynağıdır.
Tərkibində maqnezium, manqan və sink var.
FAYDALARI
Gündəlik olaraq orqanizmin ehtiyac duyduğu və tükətməli olduğunuz C vitamini miqdarının 15%-ni 1 pors qarpız yeyərək qarşılaya bilərsiniz.
Qan təzyiqini salır. Piylənmə problemi olan insanlara tövsiyə edilir.
Likopen tərkibli qarpız sümüklərin sağlamlığını qoruyur. Yaş artdıqca görülmə tezliyi artan osxendrozun qarşısının alınması üçün təbii metod kimi qəbul edilir.
Qarpızın hamilələrə faydaları da çoxdur. Buna görə də gələcək analara qarpız tükətmələri tövsiyə olunur. Hamiləlik dövründə tez-tez rast gəlinən mədə yanması kimi problemlərə xeyirli olan qarpız həm də əl və ayaq şişməsinin qarşısını alır. Səhərlər daha çox rastlanılan ürək bulanması və əzələ kramplarını azaldır.
Çox bilinməsə də, qarpızın cinsi həyata da faydaları var. Xüsusilə qarpızın ağ hissələrinin cinsi istəyi artırdığı və cinsi enerji verdiyi bildirilir.
Çox zaman qarpız qabığının faydaları nəzərə alınmır və qarpızın özü istehlak edildikdən sonra atılır. Qarpız qabığının dəri üçün çox yaxşı bir təmizləyici və nəmləndirici olduğunu deyə bilərik. Xüsusilə qarpızın qabığının ağ hissələri ilə üzünüzə masaj edə bilərsiniz. Eyni zamanda iltihab önləyici özəlliklərə malikdir.
Qarpız tumlarının faydalarına gəldikdə isə ən təsirli xüsusiyyəti xolesterolu tarazlaşdırmasıdır. Qarpız istehlak edərkən tumları ilə birlikdə yeyilməsi məsləhət görülür. Qarpız tumları xolesterolu normada saxlayır və pis xolesterolu azaldır.
Lif mənbəyi olaraq bilinən qarpızın mədə üçün bir çox faydası var. İçindəki lif mədə və bağırsaq sistemini tənzimləyir. Qəbizlik və həzmsizlik kimi problemlərin qarşısını alır.
Tərkibindəki likopen xərçəngin qarşısını almaqda mühüm rol oynayır.
Beynin sağlamlığını artırır, yaddaşı gücləndirir.
ZƏRƏRLƏRİ
Qarpızın hansısa zərəri və ya yan təsiri yoxdur. Lakin həddindən artıq istehlak bir sıra təsirlərə səbəb ola bilər. Böyrək xəstələri qarpız yeməzdən əvvəl həkimə müraciət etmələri tövsiyə olunur.
Bəs əks təsiri olmadığı halda, niyə mədəyə toxunur?
Mütəxəssislər, qarpızın 90% -dən çoxunun su olmasına görə şişkinliyə səbəb olduğunu bildirirlər. Bundan əlavə, qarpızın pendirlə yeyilməsi daha uyğundur. Çünki qan şəkərinin tarazlığın bu şəkildə qorunub saxlana bilər.
Qarpız necə seçilir?
Qarpız seçərkən sapağına baxın. Sapları yaşıl olanlar, tarladan yeni qoparıldıqları və yetişmədikləri deməkdir. Buna görə sapı quru olan qarpızlar yetişmiş və daha şirin olur. Qarpıza vuraraq tox bir səsin gəlib-gəlmədiyinə də baxa bilərsiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1647   Tarix: 10 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim və ayaqqabılar sac duzumleri geyim dəbləri makaron reseptləri naina ibrahimova reseptlər körpəyə qulluq kosmetika gunay janrlar oglan evi bahar atalar sözü