Qaz yumurtasının faydaları

Qaz yumurtasının faydalarıQazlar əhliləşdirilən dövrdən indiyə kimi insanlar qaz yumurtasından istifadə edirlər. Qaz yumurtası neolit dövründən indiyə qədər insanların süfrələrində öz yerini tutur. Qaz yumurtası dietik qidalardan hesab edilir. Onun qida dəyəri isə toyuq yumurtasının qida dəyərindən qat-qat artıqdır. Qaz yumurtası toyuq yumurtasından böyük olur. Onun çəkisi 200 qrama qədər ola bilir. Bu yumurtanın qabığı çox bərk olur. Qaz yumurtasının qabığı bərk olduğuna görə onu 15 dəqiqə zəif odun üstündə qaynatmaq lazımdır. Qaynatmağa qoymazdan əvvəl isə onu axar suyun altında yumaq vacibdir. Qaz yumurtasının dadı onun yediyi qidalardan asılı olaraq dəyişə bilir. Qaz təzə otlarla nə qədər çox qidalanarsa, onun yumurtasının dadı bir o qədər yaxşı olur.
Necə saxlamalı?
Qaz yumurtasını 2-12* tempraturda və 85-90* nəmlikdə saxlamaq lazımdır.Bu şəraitdə saxlanılan yumurtalar uzun müddət öz təzəliyini qoruyub saxlaya bilir. Soyuducuya qoyan zaman yumurtanın üstü kirli olarsa o zaman onu yumaq və qurudub soyuducuya qoymaq lazımdır. İlk növbədə isə tamlığı pozulmuş qaz yumurtasını istifadə etmək lazımdır, çünki, çatlamış və ya qabığının tamlığı pozulmuş yumurta özündə müxtəllif bakteriyaların toplanmasına səbəb olur. Satiş məntəqələrində nadir hallarda qaz yumurtasına rast gəlinir. Buna görə də onu qaz fermalarından və ya qaz yetişdirən adamlardan almaq lazımdır.
100 qram qaz yumurtasının qida dəyəri:
- Zülallar - 13,9 qr
- Yağlar - 13,3 qr
- Karbohidratlar - 1,4 qr
- Su - 70,4 qr
- Kalori - 185 kKal.
Qaz yumurtasının tərkibində çoxlu miqdarda qidalandırıcı və keyfiyyətli maddələr var. Onun tərkibi K, D, E, A, K, B vitaminləri, kalium, kalsium, fosfor, maqnium, dəmir, kükürd və s. mikroelementlər var. Qaz yumurtasından istifadə eləmək beynin işini yaxşılaşdırır, zehni fəaliyyəti artırır, sidik ifrazı sisteminin işini sürətləndirir. Qaz yumurtasının tərkibində olan xüsusi maddələr orqanizmdə toksinlərin xaric olmasını sürətləndirir, damar divarlarında yığılan piy artıqlarının əriməsinə, yaddaşın və görmənin yaxşılaşmasına səbəb olur. Hamiləlik zamanı qaz yumurtası yemək doğulacaq uşağın beyninin və sinir sisteminin yaxşı inkişaf etməsinə səbəb olur. Qaz yumurasının sarı hissəsində nadir hallarda rast gəlinən lüten maddəsi var. Bu maddə ən güclü antioksidantlardan sayılır. Lüten maddəsi orqanizmin qocalmasının qarşısını alır və qocalma prosesini ləngidir.
Kosmetologiyada qaz yumurtasının tətbiqi
Kosmetologiyada qaz yumurtasından müxtəlif maskaların hazılrlanması zamanı istifadə edilir. Quru dəri üçün yumurta sarısı və təzə pomidordan hazırlanmış maska çox faydalıdır.Maskanı hazırlamaq üçün pomidor sürtkəcdən keçirilir və yumurta sarısı ilə qarışdırılır. Maska üzdə 15 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur.
Kulinariyada qaz yumurtasından müxtəlif qidaların hazırlanmasında istifadə olunur. Ondan mayonezli salatların, desertlərin, şirniyyatların hazırlanmasında istifadə edilir. Qaz yumurtasından ən çox qayğanaq hazırlanır. Suda bişmiş qaz yumurtasının da çox gözəl dadı olur. Blenderdə üyüdülmüş yumurta, soğan, pomidor, suxari, qoz qarışımından hazırlanmış omlet çox ləzzətli olur. Bunun üçün qarışımı yağlanmış tavaya töküb sobada bişirmək lazımdır.
Qaz yumurtasını zərərli xüsusiyyətləri
Qaz suda üzə bilən heyvanlardandır. Bu səbəbdən də onlar sudan salmonelyoz mikrobuna asanlıqda yoluxa bilirlər. Qaz salmonelyoz xəstəliyinə yoluxduqda onun yumurtasında da bu xəstəliyin əlamətlərinə rast gəlinir. Yaxşı bişməmiş qaz yumurtası ilə qidalandıqda mikrob asanlıqla orqanizmə daxil olub insanı yoluxdura bilir.
Qaz yumurtasının xüsusi qoxusu olur. Bu iyi xarab olmuş yumurta iyi ilə qarışdırmamaq lazımdır. Çünki xarab olmuş qaz yumurtası zəhərlənmənin baş verməsinə səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1425   Tarix: 20 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid