Qazlı qanqrena

Qazlı qanqrenaÜmumi məlumat:
Qazlı qanqrena - havasız şəraitdə əzələdaxilində orqanizmdə inkişaf edən infeksiyadır.
Səbəbləri:
Xəstəlik torpaqda və küçə tozunda rast gəlinən kostridiyalar tərəfindən törədilir. Torpaqla çirklənmiş yaralar, ilkin cərrahi müdaxiləyə məruz qalmayan, eləcə də qanla az təchiz olunan toxumalar daha çox qazlı qanqrenaya səbəb olurlar. Bu zaman törədici mikrob qaz
əmələ gətirən ekzo və endotksinlər ifraz edir ki, bu da infeksiyanın yayılmasına asanlıqla şərait yaradır.
Simptomları:
Mikrob orqanızmi yoluxdurduqdan 6 saat sonra xəstənin ümumi vəziyyəti pozulur. Xəstədə yüksək qızdırma, taxikardiya müşahidə olunur. Dəri örtükləri bozumtul-göy rəngdə olur. Yara çox ağrılı, kənarları solğun, şişkin, dibi quru olur. Yarada görünən əzələ qalıqları bişmiş əti xatırladır. Yaranın kənarına basdıqda toxumalardan xoşagəlməz iyli, qazlar xaric olur. Xəstənin vəziyyəti kəskin pisləşir, şok baş verir.
Diaqnostika:
Diaqnoz xarakter yara, ümumi intoksikasiyaya görə qoyulur. Diaqnoz rentgenoloji və mikroskopik müayinə ilə təsdiq olunur.
Müalicəsi:
Müalicə həkim-cərrah tərəfindən aparılır. Bu zaman həkim ölmüş toxumaları kəsir, irinin xarıc olmasına yol açır, yara hidrogen peroksid məhlulu ilə yuyulur, antibiotiklər yeridilir, yara açıq saxlanılır. İntoksikasiya sürətlənərsə, ətraf müvafiq yerdən amputasiya olunur.
Profilaktikası:
Profilaktikası çirklənmiş yaralara vaxtında ilkin cərrahi yardım göstərilməsindən ibarətdir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1400   Tarix: 05 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

gelinlikler yay geyimləri 2026 hamilelikde qidalanma hamiləlikdə axıntı yuxuyozma hicab baglama usullari toy paltarlari 2026 kosmetika baldiza aid hakisda qaynana hakista baliq burcu haxisda burclerin uyumu