Qədri bilinmir, amma damarları təmizləyir, arıq saxlayır - Gözə də faydası var
Hər gün süfrəmizdə olan, amma çox vaxt qiyməti bilinməyən pomidor sağlamlıq üçün çox faydalıdır.
Milli.Az bildirir ki, bu barədə qidalanma üzrə mütəxəssis Dr. Maykl Qreger açıqlama verib.
Onun sözlərinə görə pomidorun tərkibindəki vitaminlər, minerallar və güclü antioksidantlar həm ürək-damar sağlamlığını qoruyur, həm də qarın, bel və omba nahiyəsindəki artıq piylərin əriməsinə kömək edir.
"Pomidor likopen baxımından ən zəngin məhsullardan biridir. Bu maddə damarları təmizləyir, xolesterinin yığılmasının qarşısını alır, həmçinin bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir. Xüsusilə bişmiş pomidorda likopenin faydası daha güclü olur.
"Kalium və C vitamini qan təzyiqini tənzimləyir, damarlarda xolesterolu azaldır, hüceyrələri zədələnmədən qoruyur, xərçəng riskini azaldır, kollagen istehsalını artırır, dərini gənc və elastik saxlayır.
Pomidor həmçinin arıqlamağa kömək edir. Az kalorili və liflə zəngin olduğu üçün uzun müddət toxluq yaradır, artıq çəkidən qurtulmağa yardım edir. Pomidordakı lif qəbizliyin qarşısını alır, həzmi asanlaşdırır. A vitamini, kalsium və K vitamini ilə gözləri və sümükləri möhkəmləndirir.
Mütəxəssislər bildirirlər ki, pomidor suyunu müntəzəm içmək damarları təmizləyir, qan laxtalanması riskini azaldır.
İsmayıl
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO