Qəfil halı pisləşən əməkdar artistdən ÜRƏKSIZLADAN SÖZLƏR: "Dedi ki, sənin xəstə olmağa ixtiyarın yoxdur" - VİDEO/FOTO

Qəfil halı pisləşən əməkdar artistdən ÜRƏKSIZLADAN SÖZLƏR: "Dedi ki, sənin xəstə olmağa ixtiyarın yoxdur" - VİDEO/FOTO"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı əməkdar artist Naibə Allahverdiyeva olub.

Milli.Az xəbər verir ki, hər zaman sevənlərini işıqlı səhnələrdən güldürən, əyləndirən, maraqlandıran əməkdar artistin təəssüflər olsun ki, bu dəfə səsi, nəfəsi xəstəxanadan gəlib:

"Biz səhnədə insanları güldürürük, sevindiririk, yaşadırıq. Onlar üçün maraqlı oluruq. Nənəm demişkən, başlarını qarışdırırıq. Ancaq bizim də özəl həyatımız var. Təbii ki, o həyat gərginliklərlə dolu olur".

Həmişə avazı gur gələn Naibə xanım indi güclə sözü-sözə calayıb danışmağa kəlmə kəsməyə çətinlik çəkib:

"Biz deyirik ki, qadınlar güclüdür, ancaq nə qədər güclü olsa da, qadın qadındır. Həyatda yaşadığım gərginliklər məni gətirib bu vəziyyətə saldı. Mən çox pis vəziyyətdə idim".

Hər zaman yaxşılıq edən, yaxşılıq görmədiyi adamlara pislik də etməyən aktrisa ətrafındakı insanlardan yaman şikayətlənib:

"Səbr kasam dolur, öz də çox dolur. Bilirsiz, məni nə incidir həmişə? Mən hər zaman insanlara qarşı yaxşı olmuşam. Yaxşılıq edə bilməsəm də, pislik də etmirəm. Bəlkə hamıda bu belədir. Niyə həyatıma, qarşıma çıxan insanlar qəddar olmalıdır? Mən də qəddar olmalıyammı? Yox, bu cür ola bilmirəm".

Əməkdar artist ətrafında pərvanə olub onun qayğısına qalanlardan da danışaraq, söhbət zamanı eyni köynəkdən ikisini alıb birini ona hədiyyə edən xanımdan da söz açıb:

"Mənim orda bir pərəstişkarım var. Özünə gedib köynək alıb, mənə də alıb. Onu çəkin də. Mənə şalvar alıb gətirib. Bu, bilirsiz nə deməkdir? O, mənim ürəyimi alır".

- Naibə xanım, belə çətin günlərdə sənət yoldaşlarınızdan kimlər sizi ziyarət edib, Əməkdar artistə kimlər dəstək olub?

"İlham gəldi, Nübar xanım, Almaz xanım. Akademik Dram Teatrından Əjdər gəldi.

Yolda bir nəfər gördü ki, mən ləngərləyərək gedirəm. Xanım yanımdan gəlib keçdi. Sonra geyi qayıdıb məni sirkələdi ki, "sən Naibə xanımsan". Dedim xəstəyəm. Dedi: "sənin xəstə olmağa ixtiyarın yoxdur". Bax, onda məni ağlamaq tutdu".

Belə görünür ki, xanım sənətçi insanların qayğısı ilə, xüsusilə də yaxın ətrafındakılarn sevgisi ilə əhatə olunmayıb. Onu incidib düşüncələrini alt-üst edənlər az deyilmiş.

"Gözüm heç vaxt heç kimin arxasında qalmayıb. Mən elə bir adamam ki, məni sevəni sevirəm, istəyəni istəyirəm, istəməyəni istəmirəm. Ölsəm də o adamın arxasınca gözüm qalmaz".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 1776   Tarix: 07 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

turlar.az

gozel gorunmek reseptler geymler 2026 balıqqulağı insani ariqladan qidalar intim pozalar toy donlari 2026 kosmetika arxadan olmag muellim seiri dolca heyati vətənə aid atalar sözləri