Qəfildən dünyasını dəyişən əməkdar artistin oğlu: "Atam son sözünü deyə bilmədi..."
Bu səhər əməkdar artist Telman Əliyev qəfildən dünyasını dəyişib.
Xanim.az xəbər verir ki, bu barədə yenicag.az-a aktyorun oğlu Vüqar Əliyev məlumat verib.
Oun sözlərinə görə, T. Əliyevin səhhəti qəfildən pisləşib:
"Neçə vaxt idi ki, müalicə alırdı, vəziyyəti yaxşıydı. Dünən halı pisləşdi, həkimə apardıq. Bu səhər heç danışa da bilmədi. Həkimlər deyir ki, ölümünə səbəb ürəyi olub".
Oğlunun sözlərinə görə, dəfn mərasimi evlərində baş tutacaq. Mərhum ya Bakıda, ya da doğulduğu Gəncədə torpağa tapşırılacaq.
Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.
Allah rəhmət eləsin!










Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir