Qəhvə falı

Qəhvə falıQəhvə qalıqları ilə fala baxmaq hələ qədim zamanlardan insanlara tanışdır. Buna baxmayaraq, indi də qəhvə falı populyar olaraq qalıb. Bunun səbəbi onun asanlığı və qismən sadəliyi ilə izah edilir. Əslində isə bu çox mükəmməl və çox mürəkkəb ritualdır. Bunun üçün təkcə simvolların mənasını deyil, həm də bir sıra mühüm qaydaları da bilmək lazımdır.

Bunu assosiativ təfəkkürü və yaxşı fantaziyası olan hər bir kəs bacara bilər. Qəhvə falının əsasını gələcəyi göstərən və məsləhət verən simvollar təşkil edir. Onların şərhi gələcək hadisələrdən xəbər verir.

Buradakı simvolların rəsmləri və onların mənaları haqda aşağıda məlumat verilir.

Qəhvə falına baxmaq üçün əsas qaydalar

Hesab edilir ki, falın bu növü XVIII əsrdə İtaliyada yaranıb. O zaman bunu qaranlıq qüvvələrin müdaxiləsi ilə əlaqələndirər və hər addımda qədim dildə sehr oxuyardılar. İndiki zamanda isə qəhvə falına baxmaq asanlaşıb və onun baxılması əvvəlki qədər sərt şərtlər tələb etmir. Sadəcə bir neçə vacib qaydaları yadda saxlamaq lazımdır:

• Bunun üçün dairəvi açıq və bir rəngli çini fincandan (tamamilə ağ olması məsləhətdir) istifadə edilir. Fincanın daxili səthi hamar olmalıdır.

• Yalnız təbii üyüdülmüş qəhvə götürülməlidir.

• Əgər 1 xörək qaşığı xırda üyüdülmüş və 2 xörək qaşığı iri üyüdüdülmüş qəhvə götürsəniz ideal konsistensiya alınar.

Qabaqcadan cavab almaq istədiyiniz sualı dəqiqləşdirmək lazımdır. Yəni fikrinizi dəqiq bir sualın üzərində toplamalısınız.

Həm özünün, həm də başqasının falına baxmaq olar.

Fala baxmağın proseduru

1) Sualı düşündükdən sonra, kofe dəmləmək və onu fincana tökmək lazımdır.

2) Kofe fincanda 3-5 dəqiqə saxlanılır.

3) Onu axıra qədər içməmək lazımdır. Təxminən 1 xörək qaşığı maye fincanda qalmalıdır.

4) Sol əllə fincanı götürüb yenidən fikrini cəmləşdirib, sualı təkrarlamaq lazımdır.

5) Fincan olan əli 3 dəfə dairəvi, saat istiqamətində fırlatmaq lazımdır. Hərəkət kifayət qədər sərt olmalıdır, çünki maye bərabər şəkildə fincanın kənarlarını da əhatə etməklə səthinə yayılmaıdır.

6) Bundan sonra cəld fincanı çevrilib, başı aşağı qoyulur.

7) Tələsmədən 7 –yə kimi saymaq lazımdır.

8) Sonra fincanı çevirib diqqətlə yaranmış mürəkkəb naxışları nəzərdən keçirtmək lazım gələcək. İzah üçün hər şeyə diqqətlə baxın– simvollar yuxarıda və ya aşağıda yerləşib, fincanın dəstəyindən nə qədər üzaqdır, ondan sağda ya solda yerləşib.

9) Yranmış bütün simvollara baxmaq üçün, fincanı yavaş-yavaş dairəvi çevirin.

Əsasən aşağıda yaranmış simvolların açıqlamasını vermək lazımdır. O nə qədər aydın və dəqiqdirsə, onun taleyə təsiri bir o qədər böyükdür.

Gördüklərinizi açıqlamaq üçün aşağıdakıları yadda saxlayın:

Fincanın dəstəyinin yaxınlığında əmələ gəlmiş simvollar fala baxılan insanın evində baş verənləri xarakterizə edir.

Fincanın dəstəyini özünə tərəf tutmaq lazımdır, bu zaman sol tərəfin yuxarısı keçmişdən, sağ tərəfi isə gələcəkdən xəbər verəcək.

Nazik haşiyəli simvol nə qədər yuxarıdırsa, onun xəbərdar etdiyi hadisələr tezliklə baş verəcək.

Altındakı ləkə keçmişdə olan vacib hadisəni bildirir.

İlk növbədə 5 dəqiq ləkəni seçmək vacibdir. Onlar fala baxma prosesində əsasdır, qalanları isə mənzərəni tamamlamaq üçündür.

İşarələrin yerindən asılı olaraq aşağıdakıları bilmək olar:

1 İndi baş verənlər və ya gələcəkdə baş verənlər.

2 Daha uzaq gələcəkdə gözlənilənlər

3 Buradakı işarələr təhlükə və bədbəxtliklər barədə xəbər verir.

4. Soruşulanın şəxsiyyəti

5 Bu soruşulandan yan keçib, keçmişə gedir.

6 Bu yaxınlaşır və yaxın gələcəkdə taleyə təsir edir.

• Simvollar necə şərh olunur.

1. Tağ – sağlamlıqla bağlı problemlər, işdə və ya yaxud da vacib planlarda təhlükə gözlənilə bilər.

2. Arfa – ailə həyatında harmoniya, subaylar üçün romantik münasibətlərə son.

3. Kəpənək – bir qədər yüngül fikirli, lakin həyəcanlı macəra. Ancaq nöqtələrlə olan kəpənək həyatın boş yerə keçmə riskini göstərir.

4. Baraban – irəlidə mübahisələr və münasibətlərdə aydınlıq gözlənilir. Kimsə dedi-qodular yayacaq.

5. Çəkmə - yaşayış və iş yerinin dəyişilməsi. Əgər o dağılıbsa bu uğursuz iş, iflas, biabırçılıqdır.

6. Butılka – sağlamlıq problemi.

7. Tərəzi – böyük ehtimalla tanış adamla mübahisə. Əgər tərəzi bərabərdirsə, nəticə ədalətli olacaq. Əgər belə deyilsə, ədalət gözləməyin.

8. Külək dəyirmanı – istedad və ya bəxti gətirməyə görə yox, ancaq əməksevərlilik və əzmkarlığa görə işdə uğur alınacaq.

9. Sual işarəsi – şübhəli mövzularla qarşılaşacaqsınız.

10. Mismar – bəd əməl sahibləri tərəfindən əziyyət görmək riski, ədalətsizliklə qarşılaşmaq.

11. Vulkan – bir həvəsə uymaq və nəticədə sındırılmaq, bundan yaxşı heç nə gözləmək olmaz.

12. Gürzə (ilan)
– uğur və açıq etiraf gözlənilir.

13. Göz
– işlərdə ehtiyyat və son dərəcə dəqiqlik göstərmək lazımdır.

14. Dağlar – qarşıda çox yüksək məqsədlər var, amma onlar əlçatandır.

15. Dırmıq – insan çaşqınlıq içərisindədir, özünü ələ almalı və bütün yığılıb qalmış işləri həll etməlidir.

16. Göbələk – ya karyera və işdə yüksəliş, ya da çəkinin artması .

17. Armud – firavanlıqdan doğan rahat həyat.

18. Qadın çantası- tamamilə gözlənilməz olan lotereyada iştirak.

19. Ağac – bütün plan və arzuların müsbət nəticəsi.

20. Ev –işlərdə stabillik, cəsarətlə yeni işlərə başlamaq olar.

21. Qurbağa – öz xoş sözləri ilə zərər verə bilən insanlar var.

22. Hasar – hər hansı bir işi görərkən öz fikirlərinizdən imtina etmək, tabe olmaq.

23. Qıfıl - iradəli xarakterin təzahürü, ətrafdakılara təzyiq.

24. Kilidin açar yeri – asanlıqla əldə olunmayan uğur, nə qədr maneələri aşmaq lazımdır.

25. Dovşan – ciddilik.
Qəhvə falı26. Ulduz - əgər 5 guşəlidirsə, bu uğur gətirəcək, amma rahatlıq gətirməyəcək. 6 güşəli ulduz – uğur, 7 guşəli ulduz – kədər, 8 guşəli ulduz - fəlakətli hadisə.

27. Çətir – yaşamaq üçün yer axtarmaq lazım olacaq.

28. İlan – intriqalar və paxıllıqlar arasında qalacaqsınız.

29. Kələm - həyatda qısqanclıqdan yaranan çətinliklər gözləyir.

30. Bərabər kvadrat – gələcəkdə fəaliyyətinin məhdudlaşdırılması, ola bilsin həbs (vəziyyətdən asılıdır) gözlənilir.

31. Xəncər - Düşmənlər sui-qəsd qururlar və ya sizi hadisələrə çılğın reaksiya gözləyir.

32. Açar – Əgər seçməyi bacarsanız, qarşınızda yeni üfüqlər açılacaq, diqqətli olun.

33. Açıq kitab
- məhkəmə baxışı, bağlı kitab – çətin axtarış.

34. Keçi - təhlükəli düşmən.

35. Zınqırov - əgər bir dənədirsə, xəbər, iki dənədirsə xoşbəxt hadisə.

36. Cərgə – işlərdə uğur.

37. Üzük
– stabillik, nahaq işlərə son, müstəqillik. Subay qızlar üçün tezliklə nişan. İki üzük - planları gerçəkləşdirmək.

38. Kometa – qonaq gəlməsi.

39. Gəmi- tezliklə xoş xəbər gələcək.

40. Tac –uğur. Əgər dəqiq çox dəqiqdirsə, miras alacaqsınız.

41. Pişik – yaxınınızda dedi-qodu edən saxta dost.

42. Yığılmış çarpayı – incə ağılın sübutu, yığılmamış çarpayı- intizam çatışmamazlığı.

43. Ev dovşanı – qorxu.

44. Siçovul – itki, gözlənilməz düşmənlərin xəyanəti.

45. Dolça, səhəng – yaxşı sağlamlıq.

46. Qaranquş – irəlidə hələ ki, planlaşdırılmamış uğurlu səyahət var.

47. Qu quşu – sakit və ahəngli həyat.

48. Şir – işlərdə təsirli dostlar kömək edəcək.

49. Yarasa- xəyanətkar dostların əlbirliyi.

50. Pilləkən –işdə irəliləyiş.
Qəhvə falı51. Xətlər – Vəziyyətin sürətli inkişafı.

52. Qayıq – çıxış yolu tapılan çətinliklər.

53. Bel – uğur ancaq ağır əməyin nəticəsində alınacaq.

54. At - sevimli insan və ya ondan bir xəbər.

55. Ay - əgər bütövdürsə bu böyük sevgi, ayın birinci yarısı – yeni planların qurulması, sonuncu yarısı - işlərinizdə tənəzzül, qəmginlik. Əgər bütöv ayın ətrafında nöqtələr varsa, maddiyatı nəzərə alan evlilik.

56. Mayak – son anda başa gələn xoşagəlməz hadisə.

57. Ayı – səhv qərarlardan yaranan problemlər.

58. Çəkic – çətinliklər həll olacaq, lakin həddən artıq qəddarlıq xarakterində.

59. Körpü – hər şey ona doğru getsə də, işlərdə uğur olmayacaq.

60. Qarışqa - əgər əzm göstərsəniz uğur alınacaq.

61. Milçək – irəlidə problemlər var, bu işarə nə qədər çoxdursa, onlar da bir o qədər çox olacaq.

62. Top - uğurlu həyat.

63. Bıçaq – dostluqların kəsilməsi və münasibətlərin qırılması.

64. Qayçı – ayrılığa gətirən böyük mübahisə.

65. Atəş – öz qəzəbinizi saxlayın, emosiyalar heç də yaxşı yerə aparmayacaq.

66. Boyunbağı -ətrafadakıların dəstəyi. Əgər o qırılıbsa, sevgi münasibətlərində uğursuzluq gözlənilir.

67. Dairə - işlərin uğurlu sonu.

68. Palma – layiqli uğur, şöhrət.

69. Paraşüt
– təhlükədən qurtara biləcəksiniz.

70. Hörümçək – xarakterdə inadkarlıq və hiyləgərliyin olması.

71. Lələk – qərarsız davranış və fikri cəmləşdirə bilməmək.

72. Mişar- ailənin sakitliyi təhlükə altındadır.

73. Tapança – təhlükə.

74. Məktub – qüssələndirən xəbər.Əgər işarə nöqtələrlə əhatə olunubsa, onda işlə bağlı xəbərlər gözlənilir.

75. Tutuquşu- skandal, bundan sonra uzun müddət qeybət olunacaq.
Qəhvə falı76. İnsan profili - təsadüfi tanışlıq.

77. Quşlar - əgər uçurlarsa xoş xəbər eşidəcəksiniz, əgər dayanıbsa xoş səyahət.

78. Üçbucaq - əgər küncü yuxarıdırsa – uğur, aşağıdırsa – uğur sizdən yan keçəcək.

79. Bayraq – həyəcan, təhlükəli vəziyyət.

80. Çiçək - ən əziz arzunuz həyata keçəcək.

81. Burnu yuxarı olan çaydan – işlərdə uğur, aşağı olan – valideynlərlə konflikt.

82. İnsan - ya sizdə qonaq gözlənilir, ya da kiməsə hədiyyə vermək.

83. Çamadan – irəlidə səyahət var və ya vacib qərar qəbul etmək lazım olacaq.

84. Tısbağa – təsir edən və üzücü tənqid.

85. Şlyapa – rəqiblərin üzündən uğursuz.

86. Fırça - az əhəmiyyətli və tezliklə bitən xoşagəlməz xəbərlər.

87. Yumurta - var-dövlət, uğur və firavanlıq.

88. Arı - cəmiyyətdə layiqli mövqe, uğurlu xəbər.

89. Yolayrıcı – qərar qəbul etmək üçün vaxt olacaq.

90. Silah – ailə xoşbəxtliyinin pozulması.

91. Su pərisi – nəfs, tamah.

92. Balıq –bütün işlərdə uğur.

93. Qədəh – ruhi harmoniya.

94. Şam – möhkəm oxumaq arzusu.

95. Donuz – siz məqsədinizə çatacaqsınız, amma bu sağlamlığınız və əsəblərinizin hesabına başa gələcək.

96. Lövbər – işlərdə uğur.

97. Qırğı – irəlidə gözləmədiyiniz təhlükə.

98. Tor - Asanlıqla tələyə düşə bilərsiniz.

99. Sklet - sağlamlığın pisləşməsi, maliyyə problemləri.

100. Skripka - davranışlarda həddindən çox eqoizm.

Qəhvə falı101. İt - ən çətin anlarda dostlar kömək edəcək.

102. Bayquş – ağır, çətin hadisələr.

103. Günəş – uğurlu işlər, öz təsirinin artırılması.

104. Stol - bayram süfrəsi və ya işgüzar danışıqlar.

105. Ox – qarşıda üzücü xəbərlər var.

106. Stul - vəziyyət yaxşılığa doğru gedəcək.

107. Balta – yolunda maneələr.

108. Nöqtə - maliyyə, əgər nöqtələr bir neçə dənədirsə yanındakılar işarəni gücləndirir.
Qəhvə falı

Xəbərlər     Baxılıb: 52610   Tarix: 26 iyul 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi geyim seçimi gözəl xanım mantılar hakista xina yaxdi sozleri fatimə fətəliyeva kosmetika vətən haqqında bayatılar kökəlmək üçün narin faydasi masturbasiya janrlar