Qəhvəni bu məhsulla birlikdə için – aclıq yadınızdan çıxacaq

Qəhvəni bu məhsulla birlikdə için – aclıq yadınızdan çıxacaqQəhvə ilə qoz-fındıq yalnız dadlı deyil, həm də faydalı bir birləşmədir. Bu tandem beynin fəaliyyətini dəstəkləyir, stres səviyyəsini azaldır və sizi bütün gün üçün enerji ilə təmin edir.
Milli.Az bununla bağlı məlumatları sizə təqdim edir:
Qəhvə ilə qoz-fındığın faydası
Qidalanma mütəxəssisi Karina Boxovisova qeyd edir ki, bir çox insan aclığı "söndürmək" üçün qəhvəni südlə içməyə öyrəşib. Bu rahat görünə bilər, lakin bir saat sonra yenidən aclıq, əsəbilik və şirin yeməyə istək yaranır.
Əgər siz qəhvəyə qoz-fındıq əlavə etsəniz:
uzun müddət toxluq hiss edəcəksiniz
enerjiniz sabit qalacaq
sonrakı dövrdə həddindən artıq yemək ehtimalı xeyli azalacaq
narahatlıq səviyyəsi aşağı düşəcək
Bundan əlavə, çeynəmə prosesi daxili gərginliyin azalmasına kömək edir. Bilmək lazımdır ki, qəhvə ilə qoz-fındıq tam bir yemək deyil, lakin yalnız qəhvə içməkdən qat-qat yaxşıdır. Qoz-fındıq, qəhvəni acqarına içdikdə mədə selikli qişasının qıcıqlanmasını azalda bilər. Onların tərkibindəki yağlar və zülallar qoruyucu bir baryer yaradır. Həm qəhvə, həm də qoz-fındıq beyin üçün faydalıdır. Kofein diqqət toplamağı yaxşılaşdırır, qoz-fındıqdakı omega-3 və E vitamini isə yaddaşı və sinir sistemini qoruyur. Birlikdə onlar zehni fəaliyyət üçün güclü bir duet yaradırlar. Kofein və qoz-fındıqda olan faydalı yağların kombinasiyası metabolizmin aktivləşməsinə və çəkiyə nəzarətin asanlaşmasına kömək edə bilər (xüsusilə qəhvə şəkərsiz içildikdə).
Qəhvə ilə hansı qoz-fındıqlar daha yaxşı uyğun gəlir?
Qəhvə ilə ən yaxşı uyğunlaşan qoz-fındıq növləri bunlardır:
badam
qoz
fındıq
fıstıq (pistasiya)
keşyu
Duzsuz və qızardılmamış qoz-fındıqları seçin, qəhvəni isə şəkərsiz və qaymaqsız içmək tövsiyə olunur. /Lent.az 
Milli.Az

Xəbərlər     Baxılıb: 1377   Tarix: 27 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

hamiləlik geymler 2026 gelinlikler qutab xemiri bəxtiyar vahabzadə ana şeiri qadın kosmetika çimərlik dəbi kosmetika hesaplama novruz bayramına aid hakıştalar bürcler dostluq bürclər