"Qəsdən edirəm, məndən uzaq dursunlar"

"Qəsdən edirəm, məndən uzaq dursunlar""Efirlərə getmirəm, çünki bilirəm ki, kimləsə bağlı sual verəcəklər. Cavab verməyəcəm, qalmaqal olacaq. Xasiyyətim belədir, xoşuma gəlmirsənsə, deyəcəm".
Open.az xəbər verir ki, bu sözləri müğənni Elnur Hüseynov Kazım Sübhanın "MTV özəl" layihəsində qonaq olarkən deyib. Sənətçi şou-biznesdə yaşananlara münasibət bildirib. O qeyd edib ki, saxtakarlıqlar onu yorur:
"Məndən soruşsalar niyə o insanla görüşmürsən, açıq deyirəm. Amma bunu onun üzünə deyəndən sonra başqalarının yanında danışaram. Canım deyim, öpüm, görüşüm, sonra da arxasınca danışım? Bu şeylərə pis baxıram. Ətrafımdakılardan da belə görəndə, deyirəm, ayıb olsun. Burada bu adamla duz-çörək kəsir, dostluq edir, oradan arxasınca danışır. Ona görə də hamıdan uzağam. Öz çevrəm, evim, dostlarım var. Onları çox sevirəm, qoruyuram".
Elnur efirlərə getməməyi ilə bağlı etiraf edib:
"Azərbaycanda tendensiya yaranmışdı ki, Elnur yatır, efirə gəlmir, tənbəldir. Amma demir ki, Elnur sənə deyib gəlmirəm. "Yox" sözünü deyəndə, adamı başa düşmürlər. Bir-iki dəfə "hə" deyib, verilişə getməmişəm. Qəsdən etmişəm, gedib desinlər tənbəldir, uzaq dursunlar məndən".

Şou Biznes     Baxılıb: 1644   Tarix: 26 noyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

turlar.az

toy makiyajlari gozel gorunmek hamilelikde qidalanma kişi xəyanət uşaq yeməyi arıqlama vasitələri valideynə məsləhət kosmetika sağlamlığa aid atalar sözləri kley lekesi novruz hakistalari baldiza aid gulmeli hakista