Qeyri-rəsmi nikahda yaşayanlara ilahiyyatçıdan ŞOK CAVAB: " Ata halallığı olmadan kəbin kəsilərsə... "
"Evlənmək dinin yarısını qorumaq.. Kəbin də evliliyin əsası..Allahın qanunudur. Kişi ilə qadın bir-birlərinin həyatını birləşdirməyə qərar verdikdə, islama görə, onların arasında mütləq kəbin kəsilməlidir. Yəni, onlar arasında nigah bağlanması vacibdir. Bu zaman tərəflərin bu nigaha razı olmaları başlıca şərtlərdəndir. Əks halda, yəni kəbin batil sayılır".
İlahiyyatçı, jurnalist Südabə Həsənli Sonxeber.az-a bildirib ki, islam dinində ailə həyatı quran hər bir qadının mehriyyə almağa haqqı çatır, yəni bu dinin vacibi qanunlarındandır.
"Qadınların mehrlərini könül xoşluğu ilə verin. (Nisa surəsi, ayə 4) Mehriyyə kəbinin vacib hissələrindən biridir və mehriyyəsiz kəbin düzgün sayılmaz. Evlənmək çox savab işdir. Nur surəsi 32: Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah sonsuz genişlik sahibi və biləndir. Hətta sovet rejimi dövründə yaxud da indi kəbinin vacib olduğunu bilməyib ailə quran cütlüklər dərhal savadlı mollalara nigah oxutmalı bu ilahi əmri yerinə yetirməlidirlər. Çünki kəbinsiz dünyaya gələn uşaqların gələcək həyatlarında belə mənfi təsiri qoyar. İslam tarixinə nəzər salsaq Peyğəmbərləri, imamları şəhid edənlər də zinadan dünyaya gələnlər olublar. Zina insanın ömrünü qısaldar, ruzisini azaldar, hətta vətənpərvərlik hissini yox edər. Allah təala bizə nəyi haram buyurubsa, mütləq orda bir xeyir vardır. Uca Rəbbimiz başqa ayədə buyurur: Ey bəndələrim sizə verdiyim nemətləri doğru-dürüst istifadə edin. Haramdan çəkinin. Övladın yükü valideynin boynundadır. Gərək ki, valideyn onu dini tərbiyədə böyütsün və ilahi qanunları başa salsın. Ata halallığı olmadan qız öz başına kəbin kəsdirsə batil olar. Gərək ki, kəbində böyüklərin halallığı olsun. Allah öz rəhməti xatirinə bizi şeytanın şərindən uzaq eləsin".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq