"Qəzaya uğradığımızı xəstəxanada anladım" - SUMQAYIT YOLUNDAKI DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATLARI

"Qəzaya uğradığımızı xəstəxanada anladım" - SUMQAYIT YOLUNDAKI DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATLARIBakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən, 50-BM-132 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus Masazır körpüsünün üzərindən keçərkən yol kənarında dayanmış, 52-BE-874 dövlət nömrə nişanlı "ZİL" markalı yük maşınına çırpılıb. Daşla dolu "ZİL" gecədən körpünün üzərində dayanıbmış.

Yük maşınının nasazlıq səbəbindən yol kənarında dayandığı güman olunur. Maşının sürücüsü xəbərdarlıq məqsədilə yük yerindən mişar daşlarının bir hissəsini boşaldaraq yol kənarına yığıb. Sürətlə gələn mikroavtobus əvvəlcə bu daşlara dəyib. Toqquşmadan yaranan toz-duman qarşıdakı "ZİL" maşınını görməyə imkan verməyib və nəticədə mikroavtobusun sürücüsü məsafəni düzgün hesablamadığından maşını sağ tərəfdən "ZİL"ə çırpıb.

Qəza nəticəsində mikroavtobusda olan Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi dünyasını dəyişib, 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı vəfat edən tələbələr Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vüqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzuli oğludur(1997-cı il).

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov şəhər təcili tibbi yardım xəstəxanasına gətirilən yaralıların həyatı üçün təhlükə olmadığını deyib: Xəstəxanada yatan yaralıların hamısı ilə bir-bir görüşdük. həkimlər yaralıların həyatı üçün narahatedici hal olmadığını bildirdilər. İki qızın vəziyyəti bura gələndə ağır olub. Komada olan yaralılar həkimlərin səyi nəticəsində ayılıb.

Baş həkim Nəriman Baxşəliyev 14 yaralıya ilkin tibbi yardım göstərildiyini deyib: "14 xəstə ambulator müalicəyə götürülüb. Onların durumuna nəzarət üçün bütün intensiv tədbirlər görülüb".

Xəsarət alan tələbələr hadisənin necə baş verdiyini xatırlamırlar. Yaralılar qəzaya uğradıqlarını xəstəxanada şokdan ayıldıqdan sonra anlayıblar.

Xəsarət alan tələbələrdən Bəybala Manafov zərbədən başının sərt şəkildə qabaq oturacağa dəydiyini deyib:

"Başım dəydi, sinəm əzildi , ondan sonra huşumu itirdim. Nə baş verdiyini bilmirdim".

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu artıq saxlanılıb.

Xəbərlər     Baxılıb: 2051   Tarix: 09 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

turlar.az

yay kolleksiyasi gozel gorunmek kosmetik vasiteler qısa saç düzümləri ayaqqabi ve cantalar uz maskalari qadin dunyasi.az kosmetika cinsi elaqe bir arzum var irem derici faydalı maskalar baldiz