Qırışlara qarşı maskalar

Qırışlara qarşı maskalarDərimiz ən qiymətli varlığımızdır. Ancaq yaşımız ötdükcə təəssüf ki, ki gənc yaşdakı dərimiz kimi elastik və diri quruluşunu itirir. Biz qadınları daha çox üzür dəri qırışları. Körpələrin dərisi qədər gözəl cildlərə sahib ola bilməyəcəyimizi bilsək belə dərimizi gəncləşdirəcək, qırışları önləyən maskalar tətbiq etməyə çalışırıq. Bu maskalar elə də bahalı və çətin maskalar deyil. Evimizdə rahatlıqla tapa biləcəyimiz vəsaitlər ilə edilən maskalar da faydalıdır.

Xüsusilə üz bölgəsində, dodaq ətrafında, göz ətrafında və çənə ilə boyun arasındakı bölgədə olan qırışlar üçün edilə bilən maskaları sizə təqdim edirəm.

Dəri qırışları üçün zeytun yağlı maska:

1 çaq qaşığı dolusu zeytun yağı

1 çay qaşığı dolusu zəy tozu

1 ədəd yumurta ağı

Bu ərzaqları dərin bir qabın içində yaxşıca çırpdıkdan sonra üzünüzə bir pambıq köməyi ilə çəkin. Üzünüzdə 20 dəqiqə qədər saxlayın. Quruduqdan sonra soyuq su ilə üzünüzü yuyun və ardınca nəmləndirici krem çəkin. Soyuq su istifadə etməmizin səbəbi, soyuq su dərinin hüceyrələrini canlı saxlayar və möhkəm bir dərinin əmələ gəlməsinə köməkçi olar.

Dəri qırışları üçün mayalı maska:

1 çay qaşığı dolusu tort mayası
1 yumurtanın ağı

Bu iki məhsulu dərin bir qabda yaxşıca qarışdırdıqdan sonra üzünüzə bir pambıq köməyi ilə yumşaq və dairəvi hərəkətlərlə çəkin. Üzünüzdə 30 dəqiqə qədər qalsın. 30 dəqiqədən sonra əlinizlə yoxlayın: əgər sərtləşmiş və çıxarıla biləcək bir vəziyyətdədirsə yavaş hərəkətlərlə ilıq su ilə yaxalayın, ardından da soyuq su ilə yuyun. Suyun soyuq olmasına mütləq diqqət yetirin. Ən son olaraq nəmləndirici krem ​​çəkin, bunun sayəsində dərinizin qurumasına mane olmuş olacaqsınız.

Dəri qırışları üçün portağal sulu maska:
1 dolu yemək qaşığı portağal suyu
Yarım stəkan qaynadılmış və əhəngdən təmizlənmiş su
2 çay qaşığı dolusu yulaf unu
Bu 3 məhsulu dərin bir qabda pudinq qatılığına gələnə qədər çırpın. Daha sonra əliniz ilə (pambıq istifadə etməyin) üzünüzə dairəvi və yumşaq hərəkətlərlə çəkin. Bu maskanı 10 dəqiqədən çox üzünüzdə saxlamayın. 10 dəqiqə sonra əvvəl ilıq su ilə üzünüzü yuyun, daha sonra soyuq su ilə islatmağa davam edin. Ardından dərinizə nəmləndirici krem ​​çəkməyi unutmayın. Nəmləndirici krem ​​dərinizi quruyub gərilməsinə mane olacaq.

Dəri qırışları üçün ballı maska:
1 ədəd yumurtanın ağı
2 xörək qaşığı çiçək balı
2 məhsulu dərin bir qab içində yaxşıca qarışdırdıqdan sonra pambıq köməyi ilə üzünüzə dairəvi hərəkətlərlə, ancaq yumşaq bir şəkildə çəkin. 20 dəqiqə gözləyin, barmaq yardımı ilə maskanın sərtləşmiş olduğunu yoxlayın. Sərtləşmişsə, əvvəl ilıq su ilə yuyun, daha sonra üzünüzü soyuq su ilə yaxalayın. Və hər zamankı kimi nəmləndirici krem çəkməyi unutmayın.

Gözəllik və Moda     Baxılıb: 8670   Tarix: 18 may 2014
f Paylaş

Oxşar xəbərlər

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

turlar.az

yay kolleksiyasi toy gecesi sade makiyaj sekilleri seksual qadin kontrasepsiya və abort xina hakista saglamliq haqqinda kosmetika vətən haqqında atalar sözləri google hakışda uzeyir hacibeyli sac duzumleri