Qışda SAĞLAM OLMAQ üçün nə yeyək? - Mütəxəssis açıqladı

Qışda SAĞLAM OLMAQ üçün nə yeyək? - Mütəxəssis açıqladıQış mövsümünə keçid etməyə çox az qalıb. Soyuq aylarda temperaturun düşməsi ilə uşaqlarda və yaşlılarda önəmli dəyişikliklər baş verir.
A, C, E və əsas da D vitamininin bədənimizdə düşməsin deyə, sizə faydalı məsləhətlər verəcəyik.
Qida və pəhriz üzrə mütəxəssisi Hande Güngör deyir ki, gündə ən azı iki porsiya meyvə və üç porsiya tərəvəz yemək məsləhətdir:
"Qış aylarında kök, brokoli, balqabaq, kələm, pırasa, cəfəri kimi tərəvəzlərə, portağal, alma kimi meyvələrə üstünlük verilməlidir. Ayrıca, E vitamini qaynaqlı dəni bitkilər və çərəzlər gündəlik istifadədə balanslı olmalıdır. Həftədə 2-3 dəfə noxud, quru lobya, mərci və digər dənli bitkilər, gündə 20-30 qram olmaqla qoz, fındıq, badam kimi çərəzlər yeyilməlidir.
Sümük və diş sağlamlığı baxımından önəmli olan D vitamininin günəş şüalarıyla dəriyə ötürülməsi vacibdir. Ancaq qışda günəşin az göründüyü üçün vücud D vitamini əskikliyini hiss etməsin deyə, balıq yeməklə tərkibindəki Omega 3, kalsium, fosfor, selenium, yodlu minerallar və E vitamini kimi vacib elementləri qəbul etmiş oluruq".
Mütəxəssis bu səbəbdən həftədə 2-3 dəfə balıq yemək, marqarin, kərə yağı, yüksək yağlı və xolesterinli ətlər, bəsit karbohidratlı şirniyyat kimi  yeməklərə üstünlük verməməyimizi, sağlam  sayılan zeytun yağını, yağlı toxumlu bitkiləri, çərəzləri yetərli porsiyalarda qəbul etməli olduğumuzu qeyd edib.
Bundan başqa, "Sağlam yaşamaq üçün çalışın, evdə düzgün hazırlanan, süni qidalardan uzaq yeməkləri yeyin", -  mütəxəssis bildirib. /Lent.az
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1030   Tarix: 17 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

sade makiyaj sekilleri toy makiyaji sekilleri qis geyimləri 2026 körpəyə qulluq seksual qadinlar diş ağrısı qara qaragatin faydalari kosmetika arıqla bayatılarımızda vətən həsrəti novruz bayramına aid hakıştalar sac modelleri nizami gəncəvi