Qışda sağlamlığı qoruyan içki - Kompotdan daha FAYDALIDIR

Qışda sağlamlığı qoruyan içki - Kompotdan daha FAYDALIDIRQış - orqanizmimizin, xüsusilə, vitaminlərə və mikroelementlərə ehtiyac duyduğu zamandır. Lakin bu dövrdə təzə giləmeyvə və meyvə tapmaq kifayət qədər çətindir. Çıxış yolu var - qurudulmuş meyvələrdən uzvar adlanan dadlı və faydalı içki hazırlamaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qıcqırma istehsalı və şərabçılıq texnologiyası üzrə mütəxəssis Yelena Beteva danışıb.
Onun sözlərinə görə, uzvar - qurudulmuş giləmeyvə və meyvələrdən hazırlanan qədim içkisidir. Kompotdan fərqli olaraq, uzvar bişirilmir, qaynar suda dəmlənir ki, bu da faydalı maddələrin maksimum saxlanmasına imkan verir.
"Adətən qurudulmuş meyvələrdən kompot bişirirlər. Lakin uzvar daha az istilik emalına məruz qalır və müvafiq olaraq daha çox faydalı vitaminləri və mikroelementləri özündə saxlayır", - deyə o bildirib.
O qeyd edib ki, uzvar hazırlamaq üçün istənilən qurudulmuş meyvə və giləmeyvələrdən - armud, zoğal, itburnu, yemişan, qarağat, motmutu, alma, ərik qurusu, qara gavalı, kişmiş, xurma, qaysıdan istifadə etmək olar.
"Hər bir tərkib hissəsi təkcə unikal dad deyil, həm də sağlamlıq üçün fayda gətirir. Məsələn, qurudulmuş zoğal soyuqdəymə əleyhinə və antibakterial təsirə malikdir, qurudulmuş albalı həzmi yaxşılaşdırır və ürəyi qoruyur, itburnu isə immunitet sistemini gücləndirir və orqanizmi cavanlaşdırır. Nə qədər çox müxtəlif qurudulmuş meyvələrdən istifadə etsəniz, içkinin dadı və rəngi bir o qədər zəngin olar. Əlavə şirinlik və fayda üçün soyudulmuş uzvara bal əlavə etmək olar. Nanə, melisa budağı, darçın və ya mixək əlavəsi isə dadı daha maraqlı edər və ədviyyəli tam verər", - deyə mütəxəssis vurğulayıb.
Mütəxəssis vurğulayıb ki, uzvarı vitaminlərin metalla təmasda dağılmasının qarşısını almaq üçün emallı və ya şüşə qabda hazırlamaq daha yaxşıdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1922   Tarix: 02 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geyim seçimi yay kolleksiyasi toy gecesi balıqlar bürcü xəyanət azad qadin gözəl geyimlər kosmetika kley lekesi klitor rus dili vətənə aid sevda