Qışda su içməyən xanımlara BƏD XƏBƏR - Könül Kərimova xanımların bilmədiyi sirri açdı

Qışda su içməyən xanımlara BƏD XƏBƏR - Könül Kərimova xanımların bilmədiyi sirri açdıQışda, xüsusilə havaların soyuq və rütubətinin aşağı olduğu dövrlərdə üz dərisinin quruması və daha çox zədələnməsi riski artır. Bu səbəbdən üz dərisini qidalandırmaq və qorumaq üçün əlavə diqqət və xüsusi qulluq tələb olunur. 
Milli.Az olaraq qışda üz dərisinin sağlam qalması üçün nələr edə biləcəyimizi öyrənmək üçün kosmetoloq Könül Kərimova ilə həmsöhbət olduq.
Onun sözlərinə görə, qışda dərinizin nəmlənməsini təmin etmək üçün daha ağır və qidalandırıcı, yağlı tərkibli kremlərdən istifadə etmək faydalıdır:
Qışda su içməyən xanımlara BƏD XƏBƏR - Könül Kərimova xanımların bilmədiyi sirri açdı"Bu cür məhsullar dərinin qurumasının qarşısını alır və uzun müddət nəmlənmiş qalmasına kömək edir. Bu maddə dəriyə dərin nəmləndirmə verərək, suyu dərinin daha dərin qatlarına çəkir. Qışda bu cür məhsulları istifadə etmək dərini təravətləndirir. Qışda dəriniz daha çox quruduğuna görə, ölü hüceyrələri aradan qaldırmaq və dəriyə yenilik gətirmək vacibdir. Lakin, kimyəvi peelinglərdən istifadə edərkən diqqətli olun və çox sərt eksfoliasiyalardan qaçın. Yumşaq peelinglər və ya enzimli maskalar dərini təmizləyir və daha parlaq bir görünüş təmin edir. Qidalandırıcı üz maskalarından da istifadə edə bilərsiniz. Bu zaman dəriniz nəmlənəcək və qışın soyuğunda itirilmiş suyu geri qaytarmağa kömək edəcək. Maskaların içində olan maddələr (avokado, bal, yağlar və vitaminlər) dərinin sağlam və elastik görünməsinə kömək edir. Yağlı üz maskaları (kakao yağı, jojoba yağı, badam yağı və s.) dərinin təbii yağ balansını bərpa edir və quruluğu azaldır".
Mütəxəsis deyir ki, qışda günəşdən qorunma çox vacibdir, çünki soyuq hava və qarın əks etdirdiyi günəş şüaları dərinizin zədələnməsinə səbəb ola bilər. 
Qışda su içməyən xanımlara BƏD XƏBƏR - Könül Kərimova xanımların bilmədiyi sirri açdı"Bu səbəbdən, qışda da SPF (günəşdən qorunma faktorlu) məhsullardan istifadə etməlisiniz. Soyuq havada bəzən dərinizin üzərində çoxlu kir və yağ yığılaraq dəri tıxanabilər. Buna görə də, gündəlik olaraq yüngül və dərini qurutmayan təmizləyicilərdən istifadə edin. Təbii təmizləyicilər (bal, aloe vera və s.) dərini qurudulmadan təmizləyərək sağlam qalmasına kömək edir. Gecə dərisi gündüzdən daha çox bərpa olunur, buna görə də gecə kremi və ya üz yağı istifadə edərək dərinin daha yaxşı bərpa olunmasını təmin edə bilərsiniz. Retinol və vitamin C kimi maddələr gecə istifadəsi üçün yaxşı seçimlərdir, çünki onlar dərinin hüceyrə yenilənməsini stimullaşdırır. Ev və iş yerində isə istilik sistemləri dərinin qurumasına səbəb ola bilər. Bu səbəbdən hava nəmləndirici cihazlardan istifadə edərək havadakı rütubəti artırın və dərinizin su balansını qoruyun", deyə o, vurğulayır.
Həmsöhbətimiz tövsiyə edir ki, qışda su içməyi qəti unutmaq olmaz:
Qışda su içməyən xanımlara BƏD XƏBƏR - Könül Kərimova xanımların bilmədiyi sirri açdı"Bəzən su içmək unudula bilər, lakin dərinizin sağlamlığı üçün bu çox önəmlidir. Dərinin nəmlənməsini təmin etmək və təravətini qorumaq üçün gündə ən az 8-10 stəkan su içməyə çalışın. Qışda üz dərisini düzgün və davamlı şəkildə qidalandıraraq həm görünüşünü, həm də sağlamlığını qorumaq mümkündür. Yuxarıdakı tövsiyələrə riayət etməklə dərinizin soyuq hava şərtlərinə qarşı mübarizəsini gücləndirə bilərsiniz".
Xəyal Abdullayev
Milli.Az

Xəbərlər     Baxılıb: 1516   Tarix: 22 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

gelinlikler kosmetika mehsullari sade makiyaj sekilleri bilinçik resepti nar bilerziyi salati qadın və texnologiya geyim necə seçməli kosmetika anabaci faydalı bilgilər masturbasiya nedir ariqlamaq penis