"Qız toyunda ana ağır olar, Mətanət isə..." - Elzadan sərt sözlər

"Qız toyunda ana ağır olar, Mətanət isə..." - Elzadan sərt sözlərƏməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahanın ondan küsdüyünü demişdi.

Axşam.az-ın məlumatına görə, açıqlamasında Elzanı qınayan Mətanət onun toydan küsüb getməsini düzgün hesab etməyib.

Seyidcahan əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. Müğənni İsgəndərlinin onu günahkar çıxarmasına qəzəbləndiyini gizlətməyib:

"Bu söz-söhbətin mediada işıqlanmasını istəməzdim. Açıqlamanı Mətanət yox, mən verməli idim. İnciyən tərəf mən olsam da, heç küsülülüyümü bildirməmişəm. Mətanət xanım elə danışıb ki, günahkar mən olmuşam. Toyda bacı-bacıdan da inciyər, mən də diqqətsiz qalmışdım. Belə şeylərdə kompleks keçirən, aciz olan deyiləm. Xalqıma məxsus toy və şər işlərdə olmaq borcumdur. Elə müğənnilər var ki, kompleks keçirirlər. Toya gəlməzdən əvvəl zəng vururlar ki, məni yaxşı qarşıla, filankəslə otuzdur. Hətta övladımın toyunda mənə bunun üçün zəng edən xalq artisti də olmuşdu. Mətanətdən bunu istəməmişəm ki... Mətanət məni elə qələmə verdi ki, mümkünsüzü istəyən, mərifətsiz, düşüncəsiz, qanacaqsız kimi göründüm. Bunu olduğu kimi danışsam, görərsiniz günah ondadır. Mətanətin xasiyyəti elə budur, ancaq özünü fikirləşir".

E.Seyidcahan əvvəlcə məsələni gizli saxlamağa çalışıb. Sonradan əsəbiləşən sənətçi hər şeyi açıb:

"Mənim də xeyir işlərim olub. Bu yaxınlarda isə təqdimat etdim. Bütün qonaqlarımı diqqətdə saxladım. Onların toyunda oxumaq istəyəndə Mətanət mənə qarşı kobudluq etdi. Oxumaq üçün ölmürəm. Heç övladlarımın toyunda oxumamışam. Mətanət xanımda tam əksi oldu. Heç kimə imkan vermədi ki, qızının toyunda oxusun. Ancaq mikrofunu əlinə alıb oxuyurdu. Deyirdi, yorğunam. Əlbəttə, yorğun olacaqsan. Bütün toyu səhnədə dayandın. Elə bil qızının toyu yox, Mətanətin solo konserti idi. Musiqiçilər belə yorulmuşdu. Gedirdi 5 dəqiqə otururdu, tez qayıdıb musiqiçilərin ifasını yarımçıq kəsib, öz mahnısını deyirdi. Musiqiçilər də axırda dedi ki, bizim repertuar başqadır".

Seyidcahan M.İsgəndərlinin qızının xına mərasimində rəqqasə Fatimə Fətəliyevanı incitdiyini deyib:

"İlqar Muradovun oğlunun toyunda Brilliant Dadaşova ondan xahiş etdi ki, mahnı oxusun. Amma İlqar bəy etirazını bildirdi. Mətanət isə tam əksinə, ancaq özü oxudu. Xınada Fatimənin başına oyun açıb. Bütün xınanı özü oxumuşdu. Mətanət səhnə görəndə heç kimi ora buraxmaq istəmir. Deyir, özümdə olmamışam. Çox gözəl də olmusan. Mətanəti çox istəyirəm, təki toyları çox olsun, oturub oxusun. Amma bu söhbəti danışmamalı idi. Mən incikliyimi bildirərdim. Mətanətdən inciməmişəm, çünki hələ də toyda gördüyüm hadisənin şokundan ayılmamışam. Onun orada etdikləri bir filmin ssenarisi idi. Qız toyunda ana ağır olar. Hər şey oxudu".

Qeyd edək ki, M.İsgəndərlinin qızı Ülkərin toyu ötən ilin sentyabrında olmuşdu.

Xəbərlər     Baxılıb: 1435   Tarix: 18 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

aksessuarlar toy makiyajlari geyim və ayaqqabılar bolqar biberinin faydasi qidalanma qaydaları uşaq xəstəlikləri soyuqdəymə kosmetika tanisliq dolca nağıllar novruz hakisdalari maraqli hakistalar