Qız uşaqlarına sırğa taxmaq: Nələr məsləhət görülmür?

Qız uşaqlarına sırğa taxmaq: Nələr məsləhət görülmür?Qız uşaqlarına hələ lap kiçik vaxtlarından sırğa taxılır. Bəzən bu uşaq doğulandan sonrakı aylarda edilir. Bəzən isə yaşın tamam olmasını gözləyirlər. Əslində, bu, nə zaman olmalıdır? Bu məsələdə uşağın yaşı nəzərə alınmalıdırmı? Sırğa taxılması ilə bağlı başqa nələrə diqqət olunmalıdır?
Milli.Az e-tibb.az-a istinadən pediatr, uzman həkim Ülvi Əliyevin bununla bağlı hazırladığı materialı təqdim edir:
Qız uşaqlarının qulağına sırğa taxmaq xalqımızın adətlərindəndir. Əvvəllər bu işi nənələr yerinə yetirirdi. Küllə, buzla qulaq ovuşdurulub (dezinfeksiya mənasında - red.) isidilmiş iynə ılə deşib sap keçirib, bağlayır, hər gün sapı "çevirir", sağaldıqdan sonra isə sırğanı taxırdılar.
Uşağın qulağını nə vaxt deşmək lazımdır? Bunun bəlli bir vaxtı yoxdur. Kiçik yaşda qulaq toxuması daha zərif olduğu üçün bunun ilk aylarda edilməsini məsləhət görənlər də var, peyvəndlərin tamamlanıb infeksiyalara qarşı dözümlüyün yarandığı 2 yaşda tövsiyə edənlər də. 2-6 yaş arası psixoloji travma yaşada biləcəyi nəzərdə tutulmalıdır. Hər yaşda etmək olar.
Aptek və tibb müəssisələrində steril şəraitdə olunması lazımdır. Ara yerlərdə həm yerli (sellülit, xondrit), həm də ümumi (HİV,hepatit B,C və s) yoluxa bilər.
Deşilən gün çimdirmək məsləhət görülmür. Sırğa qızıl, gümüş olmalı, nikel və digər allergiya yaradan metallardan olmamalıdır. Təkqaşlı olmalıdır ki, uşaq əlilə və ya yatarkən ilişib dartıb qulağı qoparmasın.
Ağrı olmaması üçün ağrıkəsici kremlər işlətmək olar, qızartı olduğu zaman həkimə xəbər verilməlidir. Bu bölgənin qığırdaq iltihabları çox ağır keçir. Ona görə də klassik yer olan sırğalıqdan başqa seriyalı pirsinqlər (industrial, tragus, daith və s.) uşaqlarda məsləhət görülmür.
Tarixi mənbələr Şumerdən başlayaraq bu adətin mövcud olduğunu göstərmişdir...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1726   Tarix: 11 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

gozel gorunmek gelinlikler geyim dəbləri zərdəçal sizanaqlara qarsi maska necə tez arıqlayım burcler 2026 kosmetika birlik hakisda uşaq şeirləri heyati buga burcu