Qızıl yel xəstəliyi. Simptomlar və fəsadlar

Qızıl yel xəstəliyi. Simptomlar və fəsadlarQızıl yel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir.
Saglamolun.az bildirir ki, qızıl yel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir. Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər.
Qızıl yel əsasən yay və payız aylarında qeydə alınır. Qadınlar bu xəstəliyə daha tez-tez tutulur.
Xəstəliyin simptomları:
- yüksək hərarət (39-400 C kimi). Hərarət qəflətən qalxır.
- intoksikasiya simptomları (baş ağrıları, əzələ ağrıları, halsızlıq, ürəkbulanması, qusma)
- zədələnmiş sahəyə yaxın yerləşən limfatik düyünlərin böyüməsi
- zədələnmiş dəridə əvvəl qaşınma, yanma hissi yaranır, daha sonra ağrı, qızartı, ödem  əmələ gəlir, yerli hərarət artır (dəri isti olur). Bir neçə saatdan sonra bu sahə al-qırmızı rəng alır, sahənin kənarları aydın və nahamar ("dişlər" formasında) olur. Dəridə qanlı və irinli qabarlar əmələ gələ bilər.
Streptokokk çox yayılmış mikrobdur. Bir çox insanlar bu mikrobun daşıyıcısıdırlar. Lakin qızılyel xəstəliyi hamıda inkişaf etmir. Bunun üçün "əlverişli" şərait lazımdır - insanın immun sisteminin zəifləməsi. Xəstəlik yalnız immun sistemi zəif olan insanlarda inkişaf edir. Güclü immun sistemi streptokokkla mübarizə aparır və xəstəlik inkişaf etmir. Bu səbəbdən xəstəlik əksər hallarda yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda, hamilə qadınlarda və uzun müddət ərzində hər hansı xroniki xəstəlikdən əziyyət çəkən insanlarda inkişaf edir.
Xəstəliyin risk faktorları:
- dərinin tamlığının pozulması (göbələk xəstəliyi, travma (hətta mikrotravma), sürtünmə və s. nəticəsində)
- xroniki venoz çatışmazlığı
- şəkərli diabet (bu xəstəlik zamanı toxumaların qidalanması pozulur).
Qızıl yel əsasən ayaqlar, qollar, üz, baş dərisində, nadir hallarda süd vəziləri, aralıq  nahiyəsində inkişaf edir. Vaxtında başlanmış müalicə xəstənin tam sağalması ilə nəticələnir. Lakin bunun üçün xəstəliyi düzgün və vaxtında müalicə etmək lazımdır. Xəstəlikdən sonra immunitet yaranmır və xəstəlik yenə də qayıda bilər.
Xəstəliyin ilk simptomlarında infeksionist həkiminə müraciət etmək lazımdır. Əks halda xəstəlik ağır fəsadlar verə bilər (dərinin irinli iltihabları, yaralar, imfatik damarların iltihabları, "fil xəstəliyi" və s.). İmmun sistemi çox zəif olan insanlarda, yaşlı insanlarda, kiçik yaşlı uşaqlarda qızılyel fonunda hətta sepsis, toksiki şok və s. ağır fəsadlar inkişaf edə bilər.
Müalicə zamanı antibiotiklərdən (eritromisin, doksisiklin, azitromisin, penisillin törəmələri və s.) istifadə olunur. Xəstəlik əksər hallarda ev şəraitində müalicə olunur, ağır vəziyyətlərdə xəstə stasionarda müalicə alır. Dəridə olan ləkələr təxminən 15 gün ərzində yox olur. Ləkələrin yerində piqment ləkələr qalır və sonra bu ləkələr də tədricən yox olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1973   Tarix: 02 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

kosmetika mehsullari geymler 2026 sac duzumleri xina ucun bayatilar piroq reseptləri kosmetologiya uşaq və təhsil kosmetika vətənə aid bayatılar 8 mart qz eviyçun hakışta bakire vətən həsrəti