Qızılca orqanizmdə hansı fəsadlar yarada bilər?
Qızılca immun sistemini müvəqqəti olaraq zəiflədir, bu da uşaqları başqa infeksiyalara qarşı daha həssas edir və xəstəliyi ağırlaşdıra bilən ikincili bakterial infeksiyalara səbəb olur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova deyib.
O qeyd edib ki, qızılca uşaqlarda sətəlcəm, meningit, boyun limfa düyünlərinin şişməsi, orta qulaq infeksiyaları və ensefalit kimi müxtəlif fəsadlara səbəb ola bilər.
"Bu xəstəlik zəif qidalanan uşaqlarda A vitaminin azalmasına səbəb olur. Bu isə digər fəsadların artması riskinə gətirib çıxardır və göz sağlamlığına təsir göstərir. Əgər uşaqlarda qızılcanın digər fəsadları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır",- deyə o əlavə edib.
Milli.Az









Biz abrımıza bürünmüşük, onlar da efiri nə günə qoyub
Bəzi ziyallıların da aşağı səviyyədə musiqi zövqü var
Tarkan Dubay və Əbu-Dabi konsertlərini ləğv etmək istəyir
Rza baba' gələn həftə seriala qayıdır
Xərçəng aşkarlanan blogerin müalicəsi üçün pul yığılır
Renka "Cənnətdən qovulmuş mələk" oldu - FOTOLAR
Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz
Gündə üç dəfə qəbul etmək bağırsaqda möcüzələr yaradır
Hər gün duş qəbul etmək təhlükəli İMİŞ - Bu yaşdan sonra
Adımızdan yüksək məbləğdə pul istəyirlər
"Bayağını paylaşmamalıyıq
Elektronikin macəraları' filminin aktyoru vəfat etdi
Lara Fabian İrəvanda konsert verəcək
Özümü sevirəm və bədənimə yaxşı baxıram' - Gülay
Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır