Qızılcadan sonra sarılıq dalğası gəlir? - İnfeksionistdən AÇIQLAMA

Qızılcadan sonra sarılıq dalğası gəlir? - İnfeksionistdən AÇIQLAMAÖtən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə hepatit A diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub. Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib.
Bundan başqa, sosial şəbəkələrdə sarılıq xəstəliyinin geniş yayıldığı barədə audioyazılar paylaşılır. Bu yazıların bəzilərində bağça müəllimlərinə tapşırılır ki, valideynlərə övladlarına qaynadılmamış su verməmələri barədə xəbərdarlıq etsinlər.  
Maraqlıdır, virus epidemiya səviyyəsinə çata bilərmi?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, hepatit A virusu orqanizmə daxil olandan sonra qaraciyərdən başqa, digər orqanlarla işi olmur:
"O, qaraciyər iltihabı törədir. Sarılıq, qızdırma, iştahanın azalması, ürəkbulanma, qusma, intoksikasiya əlamətləri özünü göstərir. Dəridə və gözlərdə saralma müşahidə olunur.
Su, qida yolu ilə daha çox yoluxur. Yəni virus mədə-bağırsaq sisteminə daxil olduqdan sonra qaraciyərə keçir və xəstəlik törədir".
M.Əliyev hepatit A virusunun COVID-19 və qızılcaya bənzəmədiyini qeyd edib:
"Hepatit A bunlar kimi hava-damcı yolu ilə keçmir. Ancaq əlləri təmiz saxlamaqda, gigiyenaya diqqət etməkdə fayda var, çünki çirkli əllər vasitəsilə də yoluxur. Uşaqlar arasında daha çox yayılır və onlar üçün daha təhlükəlidir. Bağçada bir xəstə uşaq varsa, bir-biri ilə təmasda olan zaman yayıla bilir. Böyüklərin xəstəliyə o qədər də həssaslığı yoxdur".
İnfeksionist qeyd edib ki, kəndlərdə, qəsəbələrdə və rayonlarda kütləvi halda yoluxma baş verirsə, bu, suya virus qarışdığını göstərir:
"Deməli, içməli suya hansısa bir virus qarışıb. Yəni ola bilər ki, kanalizasiya suyu ilə içməli su qarışsın. Sarılığa COVID-19 və qızılca kimi sürətli yoluxma halının olacağını düşünmürəm. Onun epidemiya törətmək ehtimalı yoxdur. O potensialda deyil. Hepatit A virusu mövsümi xəstəlikdir. Payız və qışda daha çox olur".
Milli.Az

Xəbərlər     Baxılıb: 1331   Tarix: 25 yanvar 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi sac duzumleri toy makiyaji sekilleri zaur gunay gozlerin bezedilmesi 2026 payiz geyimleri hicab ortukleri kosmetika rus dili haqisda haxisda intim munasibetler novruza aid hakistalar