Qızımı belə böyütdüyüm üçün peşmanam' - Sənubər İsgəndərli

Qızımı belə böyütdüyüm üçün peşmanam' - Sənubər İsgəndərli"Anam həddən artıq sərt idi, hər şeyi qayda-qanunla edirdi, başqa insan idi. Atam arxayın idi ki, anam məni necə lazımdır tərbiyə edəcək. Atamın da xasiyyəti asan deyildi. Anamı tez itirmişəm. Sağ olsaydı, baxmayacaqdı ailə qurmuşam-qurmamışam, sənətə gəldim-gəlmədim, qanunlar keçərli olmalıydı. Sənətə gələndə ailə qurmuşdum. Atam da dedi ki, qarışmıram, həyat yoldaşın var. Anam sağ olsaydı, gələrdi yoldaşımın yaxasından yapışardı".
Bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Özəl" proqramında deyib. Aktrisa mərhum anasından, onun sərt xasiyyətindən bəhs edib.
S.İsgəndərli aparıcı Kazım Sübhanın "Hazırda yayımlanan "Camdakı kız" serialını xatırlatdı mənə" sözlərinə "İnanın ki, eyni. Bəzi hallarda isə tam eyni idi" cavabını verib.
"Anam məni vururdu da, sərt idi. Onun qayda-qanunundan bir az kənara çıxdınsa... Mənim əlim gəlmədi övladıma əl qaldırım. Onu pambıq içində saxladım, buna da peşmanam. Bir az azadlıq vermək lazımdır. Qızım məktəbə də mənlə gedib gəlirdi. Mağazadan, həyətdən xəbəri olmadı. Buna görə də peşmanam" deyə, aktrisa əlavə edib.
S.İsgəndərli yaşlı aktyorların təqaüdə göndərilməsini tənqid edib:
"Bir yaradıcı insanı məhv etmək istəyirsənsə, onu təqaüdə göndər. Yaşı ötmüş aktyorları təqaüdə göndərmək kimi ideya var. Bu yöndə işlər gedir. Bunun qəti əleyhinəyəm. Bizdə Ağasadıq Gəraybəyli 80-dən çox yaşı var idi, "Sevil" tamaşasında oynayırdı. Aktyorun əqli yerindədirsə, fiziki imkanları varsa, niyə təqaüdə göndərirsiniz? Onu öldürmək istəyirsiniz? Nə yanaşma, nə təffükrdür? Yaşlı adamdır, deyirlər, çəkil kənara mən gəlirəm. Sən də gəl, yaşlı adamın iş təcrübəsi sənə lazım deyil? Bəhrələn... Teatrda gənc rolu mən oyanamayacam ki... Gənc aktrisa oynayacaq. Hər kəsin öz rolu, öz yeri var".

Şou Biznes     Baxılıb: 1584   Tarix: 16 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla

.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

.

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkili

.

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

.

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

turlar.az

adlarin menasi toy makiyaji sekilleri sac duzumleri veten haqqinda atalar sözləri qadın dünyası anaya aid atalar sozu kakos yagi kosmetika maska qadin saglamlig insan badambura qadin.az