"Qızımın intiqamını alacağam" – Ermənilərin dünən gülləbaran etdiyi 2 yaşlı Zəhranın atası
"Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar".
Bunu azvision.az-a açıqlamasında bu gün axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.
O, erməni işğalçılarından anasının və qızının intiqamını alacağını söyləyib: "Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam".
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.
f Paylaş








Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pivəni həddindən artıq içməyin ZİYANI
Gündə 1 stəkan içsəniz
Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır
Qarğıdalının bilmədiyimiz faydaları
Aleynanın anası bu yolla bir gündə milyonlar qazandı
Hüseyn Çeliki tənqid etdi: 'Oxumağın bərbaddır, insan ol
Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür