Qoç bürcü

Qoç bürcüQoç bürcündən olanlarla ilk tanış olduqda intellektual söhbətlərdən başlasanız yaxşıdır. Söhbətə Qoçun başlaması məqsədə uyğundur. Sizin isə onun monoloquna diqqətlə qulaq asan şəxs rolunda çıxış etməyiniz məsləhətdir. Qoçların söhbət əsnasında ozündən razı tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə olaraq, Qoçlar həmişə ağıllı, cəld, səmimi görünmək istəyirlər. Uşaq kimi səmimidirlər. Onlarla ünsiyyətə girdikdə bu aydın görünür.
Öz fikirlərinizi Qoçlara göstərdikcə nəyin düzgün, nəyin səhv olduğunu onlara bildirməyin. Onlar bunu xoşlamırlar. Sadəcə olaraq "bəlkə belə olsa yaxşıdır" - söyləməniz ən yaxşı variantdır. Qoçlara ən çox "Nə edim?" - sualı ilə müraciət etsəniz, bu onların xoşuna gələ bilər. Məsləhət vermək, öyrətmək Qoçların ən çox sevdiyi məşğuliyyətdir.
Qoçlara tez-tez kompliment söyləməyi, onları tərifləməyi yaddan çıxarmayın. Tərifləmə əsasən xarici görünüşünə, ağlına, istedadına görə olmalıdır.
Əgər siz Qoçlarla görüş təyin etmisizsə, məbadə bu görüşə gecikəsiz. Bu hər şeyi korlaya bilər. Qoçlar çox vaxt özləri məsuliyyətli olmasalar da, insanlarda bunu qiymətləndirə bilirlər. Özü gecikən zaman gecikmənin səbəbini böyük bir hadisə kimi danışacaq. Bu söhbət əsnasında igidliyindən, ağlından necə məharətlə istifadə edib bu görüşə gəldiyini söyləməkdən çəkinməyəcək. Qoçlarla münasibətdə lider olmaqdan çəkinin. Sadəcə olaraq, hər şeydə onunla razılaşın.
Qoç bürcündə doğulan qadınlar da, kişilər də çox aqressivdirlər. Bunu nəzərə alın. Onları hirsləndirməkdən çəkinin. Ailədə Qoçlar başçı olmağı və hər şeyə özləri nəzarət edib qərar verməyi xoşlayırlar.

Kişi Qoçun başqa bürclərlə uyğunluğu
Qoç - Qoç. Hər biri lider olmaq üçün çalışacaq, bu da bir çox narazılıqlara gətirib çıxaracaq. Söz-söhbətlərin əsasında qısqanclıq, inamsızlıq olsa da, qarşı tərəfdən birinin sakitliyi bu münaqişələrə son qoya bilər. Birinci 7 ildə dözümlü olsalar ailə uğurlu olar.
Qoç - Buğa. Qoç öz hissləri ilə yaşayan və hərəkət edən bürc olduğundan, Buğaların hər şeyi ölçüb-biçib hərəkət etməsi Qoçları əsəbiləşdirəcək. Bu uyğunsuzluq münasibətlərin korlanmasına gətirib çıxaracaq. Qarşılıqlı simpatiya uzun müddətli deyil.
Qoç - Əkizlər. Bu bürclərin uyğunluğu və bir-birini başa düşməsi mümkündür. Hər iki bürcün sahibləri impulsiv, eyniliyi sevməyən, daim yenilik axtaran olduğundan münasibətləri mümkündür. Yaranan ailə uğurlu ola bilər.
Qoç - Xərçəng. Uzun müddətli ailə bu bürc sahiblərinin münasibətində çox vaxt mümkün olmur. Onlar hər bir mənasız, boş şeylərin üstündə dalaşacaqlar. Bir-birini başa düşməməsi bu bürclərin uyğunsuzluğu ilə əlaqədardır.
Qoç - Şir. Temperament baxımından bir-birinə uyğundurlar. Onların dueti mümkündür. Narazılıqlar çox vaxt ailədə kimin lider olması ilə əlaqədardır. Ailə münasibətlərinin ideal olması o vaxt mümkündür ki, Şirlər Qoçların hökmranlığı altına keçsinlər.
Qoç - Qız. Bunların ailə münasibətləri problemlidir. Dostluq münasibətləri də daimi deyil. Bu bürc sahiblərinin ünsiyyəti yalnız işgüzarlıq səviyyəsindədir.
Qoç - Tərəzi. Ünsürlərinin, xarakterlərinin fərqli olmasına baxmayaraq, ünsiyyət mümkündür. Xarakterlərində olan mənfi xüsusiyyətləri gizlədib yox etmək şərtilə yaxın münasibətləri alınır.
Qoç - Əqrəb. Hər iki bürcün sahibləri yüksək fiziki enerjiyə malikdirlər. İşgüzar, səmimidirlər, amma hər ikisinin dözümsüzlüyü ailədə bir çox problemlərin yaranmasına gətirib çıxarır. İlk baxışdan yaranan məhəbbət, sonradan daimi mübahisəyə və anlaşılmazlıqlara gətirib çıxarır.
Qoç - Oxatan. Bir-birinə uyğundurlar. Onlarda ailə, dostluq, işgüzarlıq münasibətləri alınır. Hər ikisində oxşar cəhətlər var. Bir sözlə, hər şey əla olacaq. Yaranan cüzi problemlər həll olunan və müvəqqətidir.
Qoç - Oğlaq. Xarakter baxımından, ünsür baxımından bu bürc sahibləri bir-birindən fərqlənir. Onlar çox nadir hallarda ailə qururlar. Bir-birinin əksi olduqlarından dostluqları da tutmur.
Qoç - Dolça. Əgər bu bürclərin sahibləri ailə qurubsa, problemləri yox deyil. Dolçanın passivliyi, sakitliyi Qoçun dominantlığına əsas verir. Əgər bu ailə sevgi əsasında qurulmayıbsa, münasibətlərin mövcudluğu sual altındadır.
Qoç - Balıqlar. Bu bürc sahiblərinin ailə münasibətlərini uğurlu saymaq olmaz. Bir-birinə simpatiyaları olsa da, ailə münasibətləri üçün uyarlı cütlük deyil. Çünki, Balıqların sakit, təmiz ürəyi Qoçların dözümsüzlükləri ilə uyğun gəlmir. Onlar bir-birini heç vaxt başa düşməyəcəklər.

Qədim türkcə - Quzu;
Farsca - Berre; Qədim yunanca - Krios
Latınca - Aries; Ərəbcə - Həməl, Kəbş; Rusca - Oven

Maraqlı     Baxılıb: 4894   Tarix: 08 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

turlar.az

geyim şəkilləri geyim necə seçməli maskalar uşağın cinsiyyəti sərxan kərəmoğlu qadin psixologiyasi psixoloq meslehetleri kosmetika masqalar xanim.az birlik haqqinda novruz sekisler