Qoca ər-arvadı batmaqdan xilas edib, canını qurban verən polisimizin bu FOTOLARI ÜRƏK DAĞLADI
Dünən Azərbaycanda polis işçilərinin peşə bayramı qeyd olunub.
Bu münasibətlə sosial şəbəkələrdə Azərbaycan polisi haqda xeyli paylaşımlar oldu.
A24.Az xəbər verir ki, xüsusən də müxtəlif vaxtlarda qəhrəmanlıqları ilə fərqlənən polislərimiz haqda paylaşılan məlumatlar və fotolar maraqla qarşılanıb.
Vətəndaşı xilas etmək üçün canından keçən Zaur Nurəliyev də öz fədakarlığı ilə yaddaşlarda qalmağı bacarıb. Belə ki, 2015-ci ildə çavuş vəzifəsində çalışan Zaur Nurəliyev Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan ər və arvadı xilas etməyə çalışıb. O, qadını xilas etsə də, qadının ərini xilas edə bilməyib və özü də batıb. Ölümündən 40 gün əvvəl ata olmuş Zaur Nurəliyev dünən də xatırlananlar arasında oldu. İzləyicilər Zaurun fotosunu paylaşaraq onun bu qəhrəmanlığını bir daha alqışlayıblar.











Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir