"Qoca" əslində necə qaçıbmış? - RƏSMİ

"Qoca" əslində necə qaçıbmış? - RƏSMİOktyabrın 23-də rayondan Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçdığı deyilən və sonra xüsusi əməliyyat zamanı öldürülən "Qoca" ləqəbli Etibar Məmmədov və onunla birgə olan Əli Ağaminin həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmadıqları iddiası rezonans doğurub.

Xanim.az xəbər verir ki, Musavat-a daxil olan xəbərdə iddia olunurdu ki, "Qoca" Bakıdan məhkəməsinin keçirildiyi Lənkəran şəhərinə məhkumlar üçün nəzərdə tutulmuş xüsusi qatarda deyil, şəxsi avtomobildə gedib.

Lənkəranda məhkəmə bitdikdən sonra da o və Ə.Ağami Bakıya avtomobildə qayıdırmış. Mənbə deyib ki, razılaşmaya əsasən onlar qatara Bakıya çatmamış - Biləcəridə minməli imişlər. Amma onlar vəd edilən vaxt gəlib çıxmayıblar. Sonra isə onların qaçdıqları məlum olub. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb. Avtoritetlərin xüsusi tipli vaqondan qaçmasına görə Penitensiar Xidmətin bir neçə işçisi, habelə bu cinayətdə iştirakı olan Günay Atakişiyeva və Fədayə Laçın tutulub.

Qeyd edək ki, bu günədək qaçışın necə baş verdiyi haqda rəsmi bilgi yoxdur.

Yada salaq ki, xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov (Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur), qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər. Onların barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. F.Laçının vəkili Türkel Süleymanlı modern.az-a son müsahibəsində diqqətçəkən bir fikir işlədib.

O, "tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın (yəqin ki, qaçışı nəzərdə tutur) necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq" deyib. Vəkil deyib ki, bu iş üzrə 16 nəfər istintaqa cəlb edilib ki, bu da iş üzrə yeni xəbər sayıla bilər.

Bu günə qədər bilinən odur ki, iş üzrə Əli Ağami, Fədayə Laçın, Günay Atakişiyeva, Anar Əsgərov, Şahmar Bəyəlizadə, Penitensiar Xidmətin 3 əməkdaşı - Ceyhun Səmədov, Fuad Hacıyev və Tural Poladxanov tutulublar. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov "Yeni Müsavat"ın sorğusuna cavab olaraq bildirib ki, dustaqlar Lənkərana planlı konvoyla aparılıb: "Həmin rayondakı məhkəmə keçirilən binaya dustaqlar Bakıdan planlı konvoyun nəzarəti altında aparılıblar. Geri qayıdanda isə əməkdaşlarımızın səhlənkarlığı nəticəsində onların qaçması mümkün olub. Yayılan məlumatlar yanlışdır".

Xəbərlər     Baxılıb: 1747   Tarix: 30 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

sac duzumleri geyim necə seçməli maskalar masaj edirem hamiləlik və doğuş qadın aksesuarları atalar sozleri ve meseller kosmetika qiz evi hakışda atalar sözləri hakisda novruz bayramına aid hakıştalar