Qocalmanı gecikdirmək üçün yay mövsümündən yararlanın! - Alimlərdən məsləhət

Qocalmanı gecikdirmək üçün yay mövsümündən yararlanın! - Alimlərdən məsləhətXarici tədqiqatçılar giləmeyvələrin tərkibindəki antioksidantlar sayəsində erkən qocalmanın, demensiyanın və yaddaşın pozulmasının qarşısını almağın mümkün olduğunu açıqlayıblar.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, endokrinoloq, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının eksperti Zuhra Pavlova "Telegram" kanalında alimlərin yeni tapıntılarını şərh edib.
O bildirib ki, yay mövsümü tam olaraq menyunu sağlam qidalarla şaxələndirməyə imkan verir:
"Mütəxəssislər qaragilə (onda beyinin yaxşı işləməsinə kömək edən çoxlu flavonoidlər var), güclü antioksidant - likopenin mənbəyi olan qarpız, həmçinin resveratrollə zəngin üzümlərə diqqət yetirməyi təklif edirlər.
Bəzi üzüm sortlarında yaddaşı yaxşılaşdıran polifenollar da var. Bundan əlavə, vitaminlərin əla mənbələri moruq, qarağat, çiyələk də sağlamlıq üçün vacibdir".
Endokrinoloq qeyd edib ki, qaragilə və ya üzüm sağlam bir desertdir, şokolad əvəzinə onları seçmək lazımdır.
Ekspert qida rasionunda fruktoza miqdarına nəzarət etməyin vacibliyindən də danışıb:
"Meyvələr iştahı artıra və fərqinə varmadan kökəlməyinizə səbəb ola bilər. Buna görə də əsas yeməkdən sonra desert üçün meyvə və giləmeyvə yemək daha yaxşıdır".
Mütəxəssis əlavə edib ki, təkcə giləmeyvə ilə beyni qorumaq, yaddaşı gücləndirmək olmaz.
"Menyunuza antioksidantları daxil etməklə yanaşı, sağlam qalmağınıza kömək edəcək bir neçə sadə qayda var: Zərərli yağlardan və spirtli içkilərdən uzaq durmalısınız. Siqareti tərgidin. Tez-tez təmiz havada gəzin. Şəhərdən kənara çıxın və təbiətdə vaxt keçirin. Normal çəkini qoruyun. Qan şəkərinin və xolesterinin səviyyəsini daim nəzarətdə saxlayın. Bütün bunları etmək üçün yay mövsümü əla fürsətdir", - deyə Zuhra Pavlova vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1195   Tarix: 21 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Uzun müddət oturmaq bir çox insanı piylənmə riski altına qoyur və xərçəng və ürək xəstəlikləri riskini artırır. xəbər verir ki, lakin Çinli tədqiqatçılar tərəfindən aparılan yeni 10 illik bir araşdırma göstərir ki, hətt

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildiri

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?

Ağciyərlərdə ilk müsbət dəyişikliklər siqareti tərgitdikdən iki həftədən üç aya qədər olan müddətdə müşahidə olunur. Milli. -a istinadən xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyinə həkim Marina Makarov

.

Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər

Nevroloq Rüstəm Qayfutdinov bildirib ki, smartfonlara vurulan bəzi şüşə ekran qoruyucuları görmə sahəsini məhdudlaşdıraraq göz və baş ağrılarına səbəb ola bilər. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularl

turlar.az

gelinlikler geyim şəkilləri kosmetika mehsullari qerkules maskasi ana və körpə qogal resepti göyəm turşusu kosmetika gozde olar sağlıq novruz hakistasi hekaye janri qiz evi