Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə GİLAS ziyandır?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə GİLAS ziyandır?Yaz mövsümünün ən dadlı meyvələrindən biri də gilasdır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, gilas dadlı və sevilən meyvə olmaqla yanaşı, həm də sağlamlıq üçün olduqca faydalıdır. Belə ki, bu möcüzəli meyvə antioksidantlar, vitaminlər, minerallar və liflərlə zəngindir. İmmun sisteminin gücləndirilməsində və ürək sağlamlığında əvəzsiz rolu var.
Gilas güclü antioksidant hesab olunan antosianinlər və kversitinlə zəngindir. Bu maddələr isə bədənimizdə sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır.
Antioksidantlar həm də yaşlanma prosesini yavaşladır və xroniki xəstəliklərin riskini azaldır.
Gilas, xüsusilə ürək-damar xəstəlikləri və xərçəng kimi ciddi xəstəliklərin qarşısını almaqda əhəmiyyətli rol oynayır.
Gilas təbii melatonin mənbəyidir. Melatonin bədənimizin yuxu-oyanma dövranını tənzimləyən hormondur və normal yuxu üçün vacibdir.
Mütəxəssislərin fikrincə, hər gecə yatmazdan əvvəl bir ovuc gilas yemək rahat və dərin yuxuya getməyə kömək edə bilər.
Gilas bədənimizdəki iltihabın azalmasına kömək edir. Xüsusilə, artrit və podaqra kimi iltihabi xəstəliklərdən əziyyət çəkən insanlar üçün olduqca faydalıdır. Gilasın tərkibindəki antosianinlər iltihab göstəricilərini azaldır. Bu da ağrıların yüngülləşməsinə səbəb olur.
Gilas yemək pis xolesterin səviyyəsini azaldır, qan təzyiqini tənzimləyir, onun kalium və liflə zəngin olması isə ürək-damar sisteminin sağlamlığı üçün yaxşıdır.
Gilasın qida dəyəri yüksək olsa da, kalorisi azdır. Tərkibində çoxlu miqdarda C vitamini var. Mütəxəssislərin fikrinə görə, bu meyvənin cəmi 100 qramı orqanizmin gündəlik C vitamini ehtiyacının 20 faizini ödəyə bilir.
Rənginə gəldikdə ilə onlar bir-birindən həm dadı, həm də tərkibindəki şəkər və orqanik turşuların miqdarına görə seçilir.
Tünd-qırmızı gilasda çox miqdarda antosianin piqmenti, P vitamini, antioksidant təsirli maddələr var. Bir sözlə, gilas nə qədər tünddürsə, bir o qədər faydalıdır. Fransada tünd gilasdan şərab daha qiymətli, faydalı hesab olunur.
Ağ gilasın özəlliyi kimi onun nadir halda allergiya yaratması göstərilir. Gilas nə qədər turşaşirin olsa, o qədər yaxşıdır
Gilas orqanizmdə qaz yaratdığı üçün köpü və qəbizliyi olanlara az yemək, diabet xəstələrinə isə, əsasən, turş növünü seçmək tövsiyə olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1104   Tarix: 30 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

turlar.az

maskalar yay kolleksiyasi sac duzumleri praktiki məsləhətlər 2026 donları yemisan faydasi gavalinin faydalari kosmetika usaq seirleri lakonizm pehriz seksual faydalı maskalar